APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qətnaməyə əsasən, Baş Assambleya vurğulayır ki, Krım Muxtar Respublikasında və Sevastopolda 16 mart 2014-cü il tarixində keçirilmiş referendumun qanuni qüvvəsi olmadan Krım Muxtar Respublikasının və ya Sevastopol şəhərinin statusunun dəyişdirilməsinə əsas ola bilməz.
BMT Baş Assambleyası bütün dövlətləri, beynəlxalq təşkilatları və xüsusiləşdirilmiş qurumları Krım və Sevastopolun statusunun dəyişdirilməsini tanımamağa çağırıb və istənilən status dəyişikliyinin tanınması kimi qələmə veriləcək hər-hansı addımlardan çəkinməyə çağırıb.
Qətnaməyə əsasən, Baş Assambleya Ukraynanın beynəlxalq səviyyədə tanınmış suverenliyi, siyasi müstəqilliyi, vahidliyi və ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib.