Rusiyanın “Qazprom” şirkətinin təmsilçisi Sergey Kupriyanov Ukraynanın təbii qaza olan borcu haqda açıqlama verib.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, o, bildirib ki, cari il aprelin 30-dək Ukraynanın Rusiya qazı ilə bağlı 3,492 milyard dollar borcu var.
“Ukrayna “Naftoqaz”-nın müraciəti əsasında aprelin 30-dək biz eyni həcmdə təbii qaz tədarük etmişik. Beləliklə, Ukraynanın Rusiya qazı üçün borcu ilkin dəyərləndirməyə əsasən, 3,492 milyard dollardır”-deyə, Kupriyanov söyləyib.
Bu ilin martınadək “Naftoqaz”ın “Qazprom”a 2,2 milyard dollar borcu olduğu bildirilirdi.