“Viktor Yanukoviç ukraynalılardan yüz milyard dollardan artıq oğruluq edib”.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, ölkənin müvəqqəti prokuroru Oleq Maxnitski Londonda ölkənin oğurlanmış aktivlərinin qaytarılmasına həsr olunan Forumda bildirib.
Onun sözlərinə görə, bu maliyyə vəsaitinin bir hissəsi Avropa banklarındadır, qalanı isə Rusiyaya aparılıb.
Maxnitski bildirib ki, 32 milyard dollar bu ilin əvvəlində yük maşınları ilə Rusiyaya daşınıb.
İddiaya əsasən, həmin vəsaitlə Ukraynanın şərqindəki separatçıların fəaliyyəti maliyyələşdirilir.