Baş nazir yenidən partiya lideri seçildi
08 sentyabr 2015 05:36 (UTC +04:00)

Baş nazir yenidən partiya lideri seçildi

0

Yaponiyanın baş naziri Sindzo Abe yenidən Yaponiya Liberal Demokrat partiyasının sədri seçilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, digər iddiaçılar yer almadığından S.Abenin namizədliyi avtomatik şəkildə təsdiqlənib.

 

Sindzo Abenin yeganə rəqibi, Liberal Demokrat partiyasını ölkə parlamentdəki təmsilçisi xanım Seyko Noda seçkilərdə iştirak etməkdən imtina edib.

 

61 yaşlı Sindzo Abe 2012-ci ilin dekabrından etibarən Yaponiyanın baş naziri vəzifəsində çalışır. Qeyd edək ki, o, bundan əvvəl 2006-2007-ci illərdə də Yaponiya hökumətinə başçılıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar