Azərbaycanlı gənc Ermənistan səfirini mikrofonsuz susdurdu - <span style="color:red;">RUSİYADA  - <span style="color:red;">VİDEO
21 avqust 2019 15:52 (UTC +04:00)

Azərbaycanlı gənc Ermənistan səfirini mikrofonsuz susdurdu - RUSİYADA - VİDEO

Avqustun 9-dan Rusiyanın Pyatiqorsk şəhərində keçirilən “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumunda erməni diplomatlar provokasiyaya əl atıb. 
 
APA TV-nin məlumatına görə, Forum çərçivəsində Ermənistanın Rusiyadakı səfiri tədbir iştirakçıları ilə keçirilən görüş zamanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib. “Gənclərin Bakı Klubu” ictimai birliyinin sədri Sabir Rüstəmov buna etirazını bildirib və xoşagəlməz insident yaşanıb. 
 
Tədbirdə Azərbaycana qarşı təxribata yol verildiyini deyən Sabir Rüstəmov provokasiyanın əsas səbəbkarının erməni diplomatı olduğunu bildirdi: “Bizə təşkilatçılar bildirməmişdilər ki, qonaq qismində kimlər gələcək. Ayın 11-i bildik ki, qonaq qismində iştirak edənlərdən biri də Ermənistanın Rusiyadakı səfiridir. Mən erməni səfir iştirak edən panelə özümü yazdırdım və o paneldə iştirak elədim”. Gənc QHT təmsilçisi erməni səfirinin çıxışında təxribata əl atdığını hiss edərək, sual vermək istəyərkən təşkilatçılar ona mane olmağa çalışıb: “Ermənistan səfiri danışmağa başlayandan 15 dəqiqə sonra “Qarabağ ömür boyu erməni torpağı olub və burada azərbaycanlılar yaşamayıb. Həmişə də erməni torpağı olacaq” deyə, bildirdi. Təşkilatçılar və erməni diplomatlar mənim sinəmdəki Azərbaycan gerbi və kürəyimdə Azərbaycan sözünü görəndə, imkan vermədilər ki, sualımı verim. Təşkilatçılara da bildirmişdim ki, Azərbaycan heyəti bura provokasiya etməyə gəlməmişdi”. 
 
Daha sonra Azərbaycan heyətindən digər bir iştirakçı səfirə suallarını ünvanlayıb: “Orada Azərbaycan heyətindən bir xanım iştirak edirdi. O sadəcə rus vətəndaşı idi. Mən ondan xahiş etdim ki, səfirə sual versin. Sual verdi ki, cənab səfir, ömür boyu Qarabağ Azərbaycanın əzəli torpağı olub. Siz o torpaqlardan valideynlərimizi qovubsunuz. Bəs buna nə deyə bilərsiniz?” Erməni səfir verilən suala cavabında daha böyük provokasiya nümayiş etdirməyə başlayıb: “Erməni səfir Azərbaycanın heç vaxt kompromisə getmədiyini, daha sonra Azərbaycanın vandalizmlə məşğul olduğunu, erməni kilsələrini dağıtdığımızı dedi”. 
Sabir Rüstəmov mikrofonsuz qalmasına baxmayaraq, ayağa qalxıb və uca səslə erməni səfirinə suallarını ünvanlayıb: “Təzyiqlərə baxmayaraq, mən dözə bilmədim və ayağa durdum. Mikrofonsuz öz sözümü dünya ictimaiyyətinə çatdırdım. Bildirdim ki, 25 ildən çoxdur Qarabağımızı işğal ediblər. Bir milyondan çox azərbaycanlı doğma yurdundan didərgin düşüb. Daha sonra BMT-nin qətnamələrini zaldakıların diqqətinə çatdırdım. Bütün bunları danışanda, mənim üzərimə erməni qadınları hücuma keçməyə başladı. Məqsədləri isə mənim sözümü kəsmək və danışmağa icazə verməmək idi. Sonra erməni jurnalistə müsahibə verdim”. 
 
Təmsilçimiz Vətənə qayıdarkən onun əvvəlcə şəxsi telefonuna müdaxilə etmək istədiklərini, daha sonra isə adının “qara siyahı”ya salındığını bildirdi: “Mən öz telefonumu vermədim. Onlar isə bundan sanki qıcıqlandılar. Sonda bildirdilər ki, Sabir, səni “qara siyahı”ya yazdıq. Hazırda bunun nə dərəcədə doğru olub-olmadığını bilmirəm”. 
 
S.Rüstəmov məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət ünvanlayaraq, hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini və Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi nota ünvanlayıb. Bundan əlavə, səfir Polad Bülbüloğlu daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21192
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35