Avropada köklük əlilliyə bərabər tutula bilər
13 iyun 2014 04:10 (UTC +04:00)

Avropada köklük əlilliyə bərabər tutula bilər

Avropa Birliyinin məhkəməsi əngəlli insanlarla bağlı yeni məsələyə baxır.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, kökəlmədən və ya köklükdən əziyyət çəkən məhdud imkanlı insanlar qrupuna daxil ediləcək. Avropadakı işverənlər belə işçilərə əlil kimi yanaşacaq.

 

Danimarkalı tərbiyəçi Karsten Kaltoftun köklüyə görə işdən azad edildiyi üçün məhkəməyə müraciət edib. 160 kq çəkisi olan kişi bildirib ki, onun köklüyü uşaqlarla işləməsinə mane olmur.

 

Kalfotun vəkilləri bildirib ki, işverənlər piylənmədən əziyyət çəkənlərə yardım etməli, onları diskriminasiyaya məruz qoymamalıdır.

 

Mütəxəssislər bildirib ki, əgər köklük əlilliyə bərabər tutularsa, o zaman bu, bütövlükdə Avropaya yüz milyonlarla dollara başa gələcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590
avatar

Oxşar yazılar