Argentinanın San-Luis əyalətində 6,2 bal gücündə zəlzələ baş verib.
APA-nın Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri San-Luis və Mendosa əyalətlərinin sərhədində, ocağı isə 192 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.