Almaniyada neonasistlərlə toqquşmalarda 70 polis yaralandı
13 dekabr 2015 06:13 (UTC +04:00)

Almaniyada neonasistlərlə toqquşmalarda 70 polis yaralandı

Almaniyanın Leypsiq şəhərində neonasistlərin və onların əleyhdarlarının törətdiyi iğtişaşlar nəticəsində 69 polis əməkdaşı xəsarət alıb, onlardan azı iki nəfərin vəziyyəti ağırdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə DPA agentliyi məlumat yayıb.     

 

Məlumata görə, ultra sağçı radikalların (neonasistlərin) aksiyasında 130 nəfər iştirak edib, onların əleyhdarlarının aksiyaları  isə iki min nəfəri cəlb edib. Aqressiv davranan etirazçılar polisə daş, şüşə qablar və pirotexniki vasitələr atıb. Asayiş keşikçiləri isə, cavabında, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.

 

Leypsiq şəhərinin ober-burqomistri Burkhard Yunq hadisələri şok adlandırıb: “Bu əsil küçə terrorudur”.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Oxşar yazılar