Almaniyanın «RWE» enerji konserni Polşa və Çexiyadan keçən təbii qaz kəməri vasitəsi ilə Ukraynanı «mavi yanacaqla» təmin etmək təklifini irəli sürüb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Avropa Birliyinin energetika üzrə komissarı Günter Ettinger bu haqda açıqlama verib.
O, qeyd edib ki, Ukrayna min kub metrini 400 dollardan almaqla Rusiyanın təbii qazından tamamilə asılı vəziyyətdir: «Bu isə ölkə iqtisadiyyatına ciddi ziyan vurur». Avrokomissar Beynəlxalq Valyuta Fondu və Avropa Birliyindən dəstək gözlədiyini də vurğulayıb.