Aİ “Şərq Tərəfdaşlığı”na sadiqdir
20 mart 2015 08:42 (UTC +04:00)

Aİ “Şərq Tərəfdaşlığı”na sadiqdir

Avropa İttifaqının üzvü olan dövlətlərin liderləri “Şərq Tərəfdaşlığı” proqramına sadiq olduğunu bildiriblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Aİ-nin beynəlxalq məsələlərə dair sammitində qəbul olunmuş bəyanatda qeyd olunub.    

 

“Aİ “Şərq Tərəfdaşlığı”na tamamilə sadiqdir. Bu proqram diferensial şəkildə (ayrı, fərqli şəkildə - red.) altı tərəfdaşın hər biri ilə münasibətləri daha da möhkəmləndirəcək. Dövlət quruculuğu, insanlar arasında təmas, bazar imkanları və qarşılıqlı əlaqələr sahələrində   gücləndirilmiş əməkdaşlığa xüsusi səylər  göstərilməlidir”, deyə bəyanatda qeyd olunub.     

 

 Aİ həmçinin üzv dövlətlər tərəfindən Gürcüstan, Moldova və Ukrayna ilə  assosiativ üzvlük və azad ticarət zonasına daxil olma haqqında müqavilələrin tezliklə ratifikasiya olunmasını gözlədiyini qeyd edib. 

 

“Şərq Tərəfdaşlığı” proqramına Gürcüstan, Ukrayna, Belarus, Moldova, Azərbaycan və Ermənistanın daxil olduğu qeyd olunur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151
avatar

Oxşar yazılar