Afrika İttifaqı “Boko Haram”a qarşı mübarizəyə başlayır
17 yanvar 2015 03:25 (UTC +04:00)

Afrika İttifaqı “Boko Haram”a qarşı mübarizəyə başlayır

0

Afrika İttifaqına üzv ölkələr “Boko Haram” terror təşkilatına qarşı hərbi əməliyyat keçirmək niyyətindədir.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qananın prezidenti Con Maxama bildirib.

 

Onun sözlərinə görə, əməliyyat başlanandan bir müddət sonra Afrika İttifaqı BMT-yə hərbi dəstək üçün müraciət etməyi planlaşdırır.

 

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.  2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkədə fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar