ABŞ kəşfiyyatı Ukrayna ərazisinin Rusiya tərəfdən top atəşinə tutulması ilə bağlı sübutların olduğunu bildirib.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda xəbəri “Röyter” ABŞ Dövlət Departamentinin mətbuat katibi Mari Xarfa əsaslanaraq, yayıb.
“Bizdə Rusiyanın Ukraynadakı terrorçulara daha güclü və ağır artilleriya sistemi verməyə hazırlaşdığına, eləcə də Ukrayna hərbçilərinin mövqeyinin Rusiya tərəfdən atəş tutulması ilə bağlı sübutlarımız var”-deyə, o, vurğulayıb.
Onun sözlərinə görə, bu məlumatlar ABŞ kəşfiyyatının hesabatı əsasında hazırlanıb.