Nüvə proqramı üzrə razılaşmanın qüvvəyə minməməsinə baxmayaraq, İran artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığa başlayıb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bəyan edib.
“İran illərlə AEBA-nın aparacağı hər hansı təftişə qarşı çıxırdi. Lakin biz indi görürük ki, rəsmi Tehran artıq AEBA ilə əməkdaşlığa başlayıb. Bəziləri iddia edirdilər ki, İran tərəfi AEBA mütəxəssislərini özünün hərbi obyektlərinə buraxmayacaq. Təşkilatın baş direktoru Yukiya Amanonun Parçin şəhərinə səfəri tənqidçilərin bəyanatlarını alt-üst etdi”, deyə C.Ernest bildirib.