Əfqanıstanın cənubunda ABŞ-a məxsus hərbi helikopter atəşə tutulub, nəticədə 1 pilot ölüb, daha 2 nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ ordusu komandanlığının yaydığı məlumata əsasən, xüsusi təyinatlı ordu birləşməsi Əfqanıstanın Hilmənd əyalətində minaatanlardan atəşə tutulub. Onlara köməyə göndərilən helikopter də atəşə məruz qalıb, lakin Hilmənd əyalətində eniş etməyə müvəffəq olub.
ABŞ helikopteri vuruldu: 1 ölü, 2 yaralı
191