Vendi Şerman ABŞ dövlət katibinin birinci müavini vəzifəsinə təyin edilib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, ABŞ dövlət departamentinin məlumatında belə deyilir.
Qeyd edək ki, 2011-ci ilin iyulundan 2014-cü ilin oktyabrına qədər bu postu Uilyam Berns tuturdu.