ABŞ dövlət katibi: “Olland kimi dostları hədəfə almarıq”
25 iyun 2015 11:02 (UTC +04:00)

ABŞ dövlət katibi: “Olland kimi dostları hədəfə almarıq”

 

“ABŞ Fransa prezidenti Fransua Olland və digər yüksək çinli məmurları dinləməyib”.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib. O bildirib ki, ABŞ-ın prezident Ollandı dinləmək kimi bir məqsədi olmayıb: “Biz prezident Olland kimi dostları hədəfə almarıq. Milli təhlükəsizliklə bağlı hansısa konkret səbəblər olmadan biz xarici kəşfiyyat fəaliyyəti ilə məşğul olmuruq”.

 

Xatırladaq ki, “WikiLeaks” saytında ABŞ Milli Təhlükəsizlik Agentliyinin Fransa rəhbərlərini, o cümlədən bu ölkənin son 3 prezidentini dinlədiyinə dair sənədlər dərc olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar