[b]Rusiya Antalyaya uçuşları bərpa etdi  [/b]
31 may 2017 01:34 (UTC +04:00)

[b]Rusiya Antalyaya uçuşları bərpa etdi [/b]

“Rosaviasiya” Rusiya aviaşirkətlərinin Türkiyənin Antalya bölgəsinə çarter uçuşlarına qoyulan qadağanı ləğv edib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə məsələ ilə məlumatlı mənbə bildirib.   

 

“Antalyaya uçuşlara qadağa ləğv edilib”, - deyə mənbə bildirib.   

 

Qeyd edək ki, “Rosaviasiya” apreldə aviaşirkətləri Türkiyəyə çarter uçuşlarının mümkün dayandırılması barədə məlumatlandırıb. Qərar Türkiyə daxilində mürəkkəb siyasi vəziyyətlə əlaqələndirilmişdi.  

 

Mayın əvvəlində qurum Antalya istisna olmaqla Türkiyənin digər bölgələrinə tətbiq edilmiş məhdudiyyətləri ləğv etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar