<b>İsrailin kosmik aparatı qəzaya uğrasa da <span style="color:red;">TAPŞIRIĞI YERİNƏ YETİRİB </b>
15 aprel 2019 19:39 (UTC +04:00)

İsrailin kosmik aparatı qəzaya uğrasa da TAPŞIRIĞI YERİNƏ YETİRİB

Özəl investorların vəsaitləri hesabına yaradılmış İsrail istehsalı kosmik aparat Ay səthinə eniş zamanı əlaqə yarada bilməyib.
 
Lent.az technote-a istinadla xəbər verir ki, nəticədə kosmik aparatın mühərriki anidən sönüb və aparat Ay səthinə çırpılaraq qəzaya uğrayıb.
 
İsrailin Beresheet adlı kosmik aparatı Ay ətrafında dövr edib, lakin onun səthinə eniş etmək istəyən zaman qəzaya uğrayıb. Kosmik aparat ilə əlaqə Ay səthindən 150 metr yüksəklikdə kəsilib.
 
Öncə güman olunurdu ki, aparatın mühərriki işə düşməyib. Daha sonradan telemetriya vasitəsilə kosmik aparatda nəyin baş verdiyini müəyyən etmək mümkün olub.
 
Ay səthindən 150 metr yüksəklikdə kosmik aparatın mühərriki sönüb və aparatın baş kompüterində yenidən yüklənmə baş verib.
 
Deaktiv olunmazdan əvvəl kosmik aparat Ay səthi üzərində çəkilmiş son fotonu göndərə bilib. NASA-nın rəhbəri də daxil olmaqla digər mütəxəssislər İsraili qismən əldə olunmuş uğura görə təbrik ediblər.
 
Belə ki, bu, özəl vəsaitlər ilə reallaşdırılmış ilk Ay proqramıdır. Beresheet kosmik aparatının hazırlanması və Aya göndərilməsi 100 milyon dollara başa gəılib.
 
 
Plana əsasən Beresheet avtonom rejimdə Ay səthinə eniş etməli və Ay səthinin fotolarını Yer kürəsinə göndərməli idi. Missiya nəticələrinə əsasən Beresheet Ay ətrafında dövr etmiş ilk özəl kosmik aparat oldu. İsrail kosmik aparatı Ayətrafı orbitə göndərmiş yeddinci və onu Ay səthinə endirməyə cəhd etmiş dördüncü ölkə oldu. Bunu etməyi bacarmış hələki 3 təmsilçi var: ABŞ, Rusiya və Çin. Beresheet kosmik aparatı İsrailin SpaceIL və Israeli Aerospace Industries şirkətlərinin birgə səyləri çərçivəsində yaradılmışdı. 22 fevral tarixində həmin kosmik aparat SpaceX-in Falcon 9 raketi vasitəsilə Aya göndərilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35