![[b]Əlcəzair hökuməti İSTEFAYA GETDİ[/b]](https://lent.az/storage/news/2019/march/11/big/2f41337e45d1a107b77676a45c50254e.jpg)
[b]Əlcəzair hökuməti İSTEFAYA GETDİ[/b]
Əlcəzair hökuməti ölkədə cərəyan edən kütləvi etirazların fonunda istefaya gedib. ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin rəsmi informasiya agentliyi prezident dəftərxanasına istinadən məlumat yayıb.
Daha əvvəl prezident Əbdüləziz Buteflika ölkədə prezident seçkilərinin təxirə salındığını və növbəti seçkilərə getməyəcəyini açıqlamışdı.
Qeyd edək ki, fevral ayının 22-dən Əlcəzairdə Əbdüləziz Buteflikanın prezident seçkilərində iştirakına qarşı kütləvi xalq etirazları davam edir. Onun rəqibləri bildirir ki, səhhətinin yaxşı olmaması Buteflikanın ölkəni effektiv şəkildə idarə etməsinə əngəl törədir.
Oxşar yazılar

Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14