[b]Eks-deputatın oğlu: “Atam öləndən sonra Adnan Oktar anamı…”[/b]
29 iyul 2018 12:25 (UTC +04:00)

[b]Eks-deputatın oğlu: “Atam öləndən sonra Adnan Oktar anamı…”[/b]

 

İyulun 11-də Türkiyədə bir sıra cinayətlərdə ittiham edilərək həbs olunan Adnan Oktarın daha bir dəhşətli əməli üzə çıxıb. “Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, keçmiş millət vəkili Tevfik Ertüzün oğlu atası 1998-ci ildə dünyasını dəyişəndən sonra anasının yalançı din xadiminin adamları olan dayısı və xalalarının təkidi ilə təşkilata qoşulduğunu açıqlayıb.

 

“Fırıldaqçı təşkilat öncə atamdan anama qalan daşınmaz əmlaklardan istifadə etməyə başladı. Beykozdakı villa və Bağdad Caddəsindəki evimiz təşkilatın evi olaraq istifadə edildi. Kadıköydəki evimizə 1999-cu ildə cinayət şöbəsi tərəfindən basqın təşkil edildi. Evdə olan təşkilatın adamları saxlanıldı və təşkilata məxsus pullar götürüldü. Daha sonra Adnan Oktar anama 2 lüks avtomobil aldırtdı. Bunlardan biri qruplaşmaya verildi.

 

Adnan Oktar 2000-ci ildə həbsxanadan çıxandan sonra atamdan qalan daşınmaz əmlakların satışı prosesi daha da sürətləndirildi.

Mənə və bacıma miras qalan yüklü miqdarda valyuta, təxminən 1 milyon TL dəyərində hissə sənədi, atamın avtomobili və Bakırköydəki bina bizim 18 yaşımız olmadan Oktarın əmriylə anam tərəfindən satılaraq əldə edilən gəlir təşkilata verildi. Eləcə də dövlət tərəfindən atamın millət vəkilliyinə görə bizə ayrılan yetim və dul maaşı bilavasitə qruplaşmaya həvalə edildi.

O mənə “Atanda nə mal-mülk varmış. Ye-ye bitmədi” demişdi.

Adnan Oktarın Kandillidəki villasına aparılaraq orada xidmətçi işlərini görməyə məcbur edildim. Tez-tez hücuma və psixoloji işgəncəyə məruz qalırdım. Bir çox ərzaqları yeməyimiz Adnan Oktar tərəfindən qadağa edildiyindən düzgün qidalanmadığıma görə səhhətimdə ciddi problemlər yarandı. İstanbul Universitetinə daxil oldum, təhsil almağıma mane oldu. O, həmçinin əsgərliyə getməyimin də qarşısını aldı”, - deyə keçmiş deputatın oğlu bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 349
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35