Bu ilin sentyabrında Gürcüstan NATO-nun üzvlük üzrə fəaliyyət Planına qoşula bilər. Lent.az-ın «Kommersant»-a istinadən məlumatına görə, ABŞ Dövlət Departamenti və alyansın mənzil-qərargahındakı mənbə bildirib ki, Rusiya Krım Muxtar Respublikasını öz tərkibinə qatacağı halda Gürcüstan da NATO-ya daxil ola bilər.
«Rusiyanın Ukraynadakı fəaliyyəti alyansın Şərqi Avropada daha qətiyyətli siyasət yürütməsinin vacibliyini yenidən gündəliyi gətirib»-deyə, qəzet yazıb.
Mənbə qeyd edib ki, ABŞ Dövlət Departamenti də Gürcüstanın quruma inteqrasiyasını dəstəkləyir.
Qəzetin yazdığına əsasən, Rusiya «Krımı özünə birləşdirdiyini elan edərsə, o zaman Gürcüstanın Üzvlük üzrə Fəaliyyət Planına qəbulunu faktiki həll olmuş saymaq olar».