«New York Times» 141 yaşlı «Boston Globe»ni 70 milyona satıb
04 avqust 2013 06:29 (UTC +04:00)

«New York Times» 141 yaşlı «Boston Globe»ni 70 milyona satıb

ABŞ milyaderi Con Henri avqustun 3-də «New York Times» mediaşirkəti ilə  «Boston Globe» qəzeti alması barədə müqavilə imzalayıb.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, o, həm də «Boston Red Soks» beysbol komandasının yiyəsidir.

 

Qəzet və ona bağlı nəşriyyatın alınması Henriyə 70 milyon dollara başa gələcək. Bundani başqa «Nyu York tayms» qəzetin saytını da satıb.

 

Amerikalı milyader bildirib ki, yaxın günlərdə qəzetlə bağlı planlarını açıqlayacaq.

 

«New York Times» «Boston Globe»-ni 1993-cü ildə 1,1 milyarda alıb. Bu ilin fevralında onu 150-170 milyon dollar həcmində qiymətləndiriblər.

 

Qeyd edək ki, «Boston Globe»-nin əsası  141 il öncə qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar