ABŞ-ın baş prokuroru Erik Holder bildirib ki, savaşmaq üçün Suriyaya gedən ABŞ vətəndaşları, eləcə də avropalıların sayı günü-gündən artmaqdadır.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Holder vəziyyət belə dəyərləndirib: “Qlobal böhranın həlli üçün qlobal qərar lazımdır”.
Amerikalı baş prokurorun sözlərinə əsasən, hazırda Suriyada 7 minə yaxın əcnəbi döyüşür.
Holder xəbərdarlıq edərək, onu da bildirib ki, “radikal ideyalara sədaqətli olan” bu insanlar, evə qayıtdıqdan sonra öz ölkələrində basqınlar təşkil etməyə hazır olacaqlar.
ABŞ-ın baş prokuroru ölkələri xüsusi xidmət orqanlarının işini radikallığa meyllilərə qarşı gücləndirilməyə çağırıb.