Rusiya hökuməti “Rostelekom”-u 2014-cü ildə özəlləşdirməyəcək.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda ölkə maliyyə nazirinin müavini Tatyana Nesterenko açıqlama verib.
Mənbə bildirib ki, “Sovkomflot”, “Novorossiysk dəniz ticarət limanı“-nın da özəlləşdirilməsi təxirə salınıb.
“Qeyri-müəyyənlikdən çıxış edərək, hökumət bu il uyğun paketi satışa çıxarmamaq qərarına gəlib”-deyə, o, söyləyib.
Onun sözlərinə görə, hazırda nazirlər kabineti özəlləşdirmədən dövlət büdcəsinə daxil olan vəsaiti dəqiqləşdirməklə məşğuldur.
Mənbə xatırladıb ki, bu ilin əvvəlində baş nazir müavini Arkadi Dvorkoviç “Rostelekom”-un özəlləşdirilməsinin bir il təxirə salınacağını bildirmişdi. Özəlləşdirmə planının proqnozuna əsasən, bu dövlət şirkətinin satışı 2014 - 2016-ci illərdə gerçəkləşdiriləcək.