“Qazprom” Krım şelfində hasilatda maraqlıdır»
Rusiya yerli tələbatın energetikasını ödəmək üçün Krımdakı şelfdən istifadə etmək niyyətindədir.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Rusiyanın təbii ehtiyatlar naziri Sergey Donskoy martın 31-də jurnalistlərə bildirib.
«İlk növbədə biz Krım şelfindəki hasilata yerli təminatın təchiz olunması kimi nəzərdən keçiririk» - deyən, nazir qeyd edib ki, məlumat toplanması prosesi gedir, ona görə də konkret rəqəmləri sadalamaq tezdir.
O, xatırladıb ki, şelf mövzusu «həmişə federalın olub və olacaq». Onun sözlərinə əsasən, şelfdə təbii qaz yataqlarında işlərin görülməsində dövlət şirkətləri, ilk növbədə «Qazprom» maraq göstərdiyini açıqlayıb.