“İŞİD”-in mövqelərinə daha 26 zərbə endirildi
19 yanvar 2015 23:04 (UTC +04:00)

“İŞİD”-in mövqelərinə daha 26 zərbə endirildi

0

Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr iki gün ərzində Iraq və Suriyada “İŞİD”in mövqelərinə 26 hava zərbəsi endirib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, koalisiya Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına zərbələr endirib. Həmçinin, Xaseke şəhərində “İŞİD”-in iki hərbi bölməsi və bir artilleriya kompleksi məhv edilib.

 

İraqda koalisiya qüvvələri  7 şəhərdə “İŞİD”-in canlı qüvvəsi, həmçinin, terrorçuların binalarını  və nəqliyyat vasitələrini məhv ediblər

 

Xatırladaq ki, ABŞ-ın hərbi aviasiyası  avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada “İŞİD”-in mövqelərinə hava zərbələr endirir. İraqdakı  əməliyyatlarda Avstraliya, Belçika, Böyük Britaniya, Danimarka, Kanada, Niderland və Fransanın, Suriyada isə Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hərbi təyyarələri iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 287

Oxşar yazılar