Britaniyanın tanınmış publisisti Maks Klifford 1970 - 80-ci illərdə 8 qızı zorladığı üçün 8 il azadlıqdan məhrum edilib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Klifford media sahəsində publisist kimi nüfuzlu şəxslərdən sayılıb.
O, “BBC”-nin mərhum aparıcısı Cimmi Sevilin işini açandan sonra mediafiqura çevrilib.
Mənbənin xatırlamasına əsasən, C.Sevilin 40 illik “zorlama fəaliyyətindən” yetkinlik yaşına çatmayan bir neçə yüz qız əziyyət çəkib.