81 məktəbli naməlum maddədən zəhərlənərək xəstəxanaya düşdü
16 aprel 2015 22:26 (UTC +04:00)

81 məktəbli naməlum maddədən zəhərlənərək xəstəxanaya düşdü

Qazaxıstanın  Qızılorda şəhərində  81 məktəbli naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Qızılorda şəhər prokurorluğunun məlumatında bildirilir.   

   

Məlumata görə, zəhərlənmə simptomları aşkarlandıqdan dərhal sonra məktəblilər tibbi müəssisələrə aparılıb. Naməlum maddədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya, ümumilikdə,  81 şagird yerləşdirilib.

 

Yoxlama zamanı heç bir zəhərli maddə, yaxud qaz sızması aşkar olunmayıb. Hadisə ilə əlaqədar “xuliqanlıq” maddəsi üzrə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub. İstintaq prokurorluğun xüsusi nəzarətinə götürülüb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263
avatar

Oxşar yazılar