23 fevral təbrikinə görə işdən qovuldu
24 fevral 2015 06:06 (UTC +04:00)

23 fevral təbrikinə görə işdən qovuldu

Xarkov milisinin qadın əməkdaşı fevralın 23-də kişi kollektivini Vətən müdafiəçisi günü münasibətilə təbrik etdiyinə görə işdən qovulub.

 

Lent.az-ın "musavat.com"-a istinadən məlumatına görə, əmri Xarkov vilayət Daxili İşlər İdarəsinin rəisi Anatoli Dmitriyev imzalayıb. Bu barədə məlumatı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Facebook-da paylaşıb.

 

"Xarkov milisinin binasında axmaq Georgiyev lenti ilə təbrik yerlışdirən milis kapitanı işdən qovulub", - müşavir yazıb. Onun sözlərinə görə, sənədləşmə zamanı qadın işdən çıxarılmasının səbəbini soruşub və ona səbəb "qeyri-vətənpərvərlik" kimi izah edilib.

 

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko fevralın 23-ünü qeyd etməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, Vətənin müdafiəçisi günü oktyabrın 14-də qeyd edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar