Ukraynanın Xerson şəhərində yaşayan musiqi müəllimi Mariya Siderenkonun həyatı ötən ilin 24 fevralında bomba hücumu ilə kabusa döndü. Ukraynadakı evini-eşiyini atıb müharibədən qaçan, Türkiyəyə sığınan Mariyanın müharibə dövrünü əhatə edən ağır hekayəsi öz dəhşəti ilə “Pianoçu” filmini xatırladıb. Piano onun üçün sadəcə musiqi aləti deyil. İndi piano onun üçün çörək ağacına, həyata bağlanma fürsətinə və ümidə çevrilib.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 38 yaşlı Mariya gecə yuxudan dostlarının “Müharibə başladı, bombalanırıq” xəbərdarlığı ilə oyanıb.
Evdən necə çıxıb, onu hələ də xatırlamır. Ölkədən qaçan minlərlə insan selinə 7 yaşlı oğlu İvanla o da qoşulub.
“İvan çox qorxurdu, maşına oturduq. Çox az benzin var idi. Panikaya düşdüm, biz evdən qaçandan bir az sonra yaxınlığımızdakı liman bombalandı. Şəhərdən çıxmaq mümkün deyildi. Yollar qaçan insan seliylə bağlanmışdı, hamı ağlayır, hamı qorxurdu. Qorxu da bir yerə qədər davam edir. Çarə axtarırsan, canını qurtarmalısan. Ölkədən çıxan insanlara nəzarət edən rus ordusu telefonlarımıza baxır, müharibəylə bağlı video görəndə ya telefonu qırır, ya da o adamları öldürürdülər. Telefonlardan nömrələrdən başqa hər şeyi sildik. Qardaşımla anam Xersonda qalmağa qərar vermişdilər.
1 saatlıq yolu 12 saata gedib, Odessaya çatdıq, ordan da Türkiyəyə gəlmək imkanım yarandı. İndi sakit bir həyatım olsa da bir şar partlasa, qapı çırpılsa, biri yüksəkdən danışsa, qorxuram”,- deyir Mariya.
O, Türkiyədə yeni həyata köhnə bir piano vasitəsilə tutunub.
“Köhnə piano aldım. Musiqi müəllimi kimi işləməyə, kiçik muncuqlar, bilərziklər hazırlayıb satmağa başladım. Beləcə Piano və əl əməyim sayəsində yeni bir həyata başladım”,- deyə o jurnalistlərə verdii müsahibədə bildirib.
Türkiyə mediası Mariya Siderenkonun həyatını “Pianoçu” filminin qəhrəmanı ilə müqayisə edib.

“Pianoçu” filmini real həyatda yaşadı - Qaçqının DƏHŞƏTLƏRİ
Oxşar yazılar

Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55
Qazaxıstanda niqab qadağan edildi
1 iyul 2025 , 03:42
İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39