Makron küsüb  - Trampın onu ələ salmasını bütün dünya danışır
03 aprel 2026 10:56 (UTC +04:00)

Makron küsüb - Trampın onu ələ salmasını bütün dünya danışır

0

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın onun evliliyi ilə bağlı səsləndirdiyi fikirlərdən inciyib.

Lent.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Xatırladaq ki, Tramp Vaşinqtonda keçirilən qapalı nahar zamanı fransız aksentini təqlid edərək Makron və həyat yoldaşı barədə istehzalı ifadələr işlətmişdi.

Cənubi Koreyaya səfəri zamanı jurnalistlərə danışan Makron bildirib ki, bu açıqlamalardan narazıdır. Trampın sözləri Ağ Evin YouTube kanalında da yayılmışdı.

“Buna cavab verməyəcəyəm – cavaba layiq deyil,” – deyə Makron bildirib.

Trampın NATO müttəfiqlərini İrana qarşı müharibəyə qoşulmamaqda tənqid edərkən də bu kontekstdə Makronla bağlı istehzalı ifadələr işlədib. Tramp bildirib ki, Makronun həyat yoldaşı Bricit ona “çox pis davranır”. O, İran məsələsində Fransadan dəstək istəməsindən danışaraq deyib: “Onlara ehtiyacımız yox idi, amma yenə də xahiş etdim.”

Tramp əlavə edib: “Mən Fransaya zəng etdim, Makrona – onun həyat yoldaşı ona çox pis davranır. Hələ də çənəsinə aldığı zərbədən sonra özünə gəlməyə çalışır.”

Trampın bu sözlərinin 2025-ci ilin mayında yayılan və Bricit Makronun təyyarədən düşərkən ərinin üzünə vurduğöu görüntülərə işarə etdiyi ehtimal olunur. Həmin videoda Makron təyyarənin qapısında görünür və həyat yoldaşının əli onu geri itələyir, sonra o, özünü toparlayaraq əl edir. Makron həmin vaxt bunun “ailədaxili münaqişə” olmadığını, sadəcə zarafat etdiklərini bildirmişdi.

Tramp fransız aksenti ilə Makronun müharibəyə dəstəklə bağlı, guya belə cavab verdiyini təqlid edərək deyib: “Yox, yox, biz bunu edə bilmərik, Donald. Müharibə bitəndən sonra edə bilərik. Mən isə dedim ki, yox, mənə müharibədən sonra yox, indi lazımdır, Emmanuel.’”

Tramp onu da deyib ki, mənə aydın oldu ki, əgər böyük müharibə olsa, NATO orada olmayacaq.”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar