Banqladeşdə baş verən fabrik yanğınında 52 nəfər həlak olub.
Lent.az xarici KİV-ə istinadən bildiri ki, hadisə yerinə 11 yanğınsöndürmə maşını cəlb olunub.
Yanğından xilas olmağı bacaran işçilərin sözlərinə görə, hadisə ən azı 40 işçinin olduğu birinci mərtəbədə baş verib.
Yaralı və itkinlərin sayının xilasetmə əməliyyatından sonra dəqiqləşəcəyi bildirilib.