Dünya İstanbuldakı tarixi görüşdən danışır:  “Həftənin şəxsiyyəti Ərdoğandır”
29 mart 2022 21:21 (UTC +04:00)

Dünya İstanbuldakı tarixi görüşdən danışır: “Həftənin şəxsiyyəti Ərdoğandır”

Türkiyə Rusiya-Ukrayna müharibəsi zamanı tarixi sammitə ev sahibliyi edib. Atəşkəs ümidi ilə İstanbuldakı Dolmabahçe sarayında keçirilən görüş dünyada çox diqqətlə izlənilib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, dünyanın hər yerindən gələn xəbərlərdə İstanbulda sülh danışıqlarının bu günə qədər ən mühüm irəliləyiş anı olduğu vurğulanıb.

BBC-nin Yaxın Şərq müxbiri Tom Bateman yazıb ki, İstanbuldakı danışıqların nəticəsi dönüş nöqtəsi kimi görünür: "Danışıqlar gözləniləndən bir saat tez başa çatıb”. 

Bu zaman hər şeyin daha da pisləşə biləcəyini düşündüyümü deyən BBC müxbiri səhv etdiyini və bu anın işğalın başlanğıcından bəri ən mühüm diplomatik məqama çevrildiyini söyləyib.

Rusiyanın Kiyev və Çerniqov ətrafında əməliyyatlarını “böyük ölçüdə azaldacağını” açıqlamasının bu müzakirələrdə sürətlənmə olduğunu göstərdiyini yazan BBC-nin xəbərində növbəti günlərdə vəziyyətin yaxından izlənəcəyi bildirilib.

“Bu günə qədər olan ən önəmli hadisə”

Xəbərdə müharibənin davam etdiyi və ölkələrin bir-birinə güvənmədiyi bildirilsə də, İstanbulda sülh danışıqlarının bu günə qədər ən mühüm irəliləyiş anı olduğu vurğulanıb.

Rusiya dövlət xəbər agentliyi RİA-Novosti-nin verdiyi xəbərə görə, İstanbulda Rusiya-Ukrayna danışıqlarına gedən Rusiya nümayəndə heyəti danışıqların ilk günündən sonra Ukraynaya qarşı qarşıdurmanı azaltmaq üçün iki addımı açıqlayıb.

 “Danışıqlar konstruktiv olub”

Agentlik bildirib ki, “Kiyev və Çerniqov istiqamətlərində hərbi fəaliyyətdə ciddi azalma” olacaq, həmçinin Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş keçirilə bilər.

ABŞ-ın “Washington Post” qəzeti yazıb: “Bir günlük danışıqlardan sonra ukraynalı müzakirəçilər Rusiyanın nəzərdən keçirəcəyini bildirdiyi bəzi təklifləri ümumiləşdiriblər və Moskva bildirib ki, Kiyev və Çerniqov yaxınlığındakı hərbi fəaliyyətlər “qarşılıqlı etimadı artırmaq və sülh yaratmaq üçün “əhəmiyyətli dərəcədə azaldacaq. Bu gələcək danışıqlar üçün lazımi şərtlərdir".

Xəbərdə Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinskinin “danışıqların konstruktiv keçdiyi” və Rusiyanın münaqişəni səngitmək üçün addımlar atması ilə bağlı açıqlamaları da yer alıb.

“Həftənin şəxsiyyəti Ərdoğandır”

Almaniyalı jurnalist-yazar Volfram Vaymer NTV Online-da yayımlanan "Həftənin şəxsiyyəti" rubrikasında prezident Ərdoğana yer verib.

“Həftənin şəxsiyyəti Ərdoğan” başlığı ilə yeni yazı dərc edən Vaymer Rusiya ilə Ukrayna arasında gedən müharibə ilə bağlı diqqətçəkən açıqlamalar verib.

O, Fransa prezidenti Emmanuel Makronun, Almaniya kansleri Olaf Şoltzun, İsrail, İsveçrənin, Roma Papasının və ya BMT-nin deyil, atəşkəsi təmin etmək üçün Ərdoğanın İstanbulda sülh danışıqları təşkil edə bildiyini söyləyib.

İstanbuldakı danışıqlar  ilə bağlı da açıqlamalar verən Vaymer deyib: “Dünya İstanbula baxır və sülhə ümid edir. Rusiya və Ukrayna nümayəndələri Türkiyə metropolunda atəşkəs rejimini müzakirə etmək istəyirlər”.

“Türkiyənin hər iki ölkə ilə münasibətləri yaxşıdır”

CNN International öz xəbərində Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlərə malik olduğunu vurğulayıb. CNN xarici işlər naziri Mövlud Çavuşoğlunun Ukrayna və Rusiya nümayəndə heyətləri arasında bəzi məsələlərdə “barışıq və ortaq anlaşma”nın əldə edildiyinə dair açıqlamalarına da yer verib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3153
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35