Deputat "avtoş"luq edənləri döydü
08 fevral 2023 13:30 (UTC +04:00)

Deputat "avtoş"luq edənləri döydü

Rusiyanın Novosibirsk vilayətindən olan deputat Sergey Zabolotski yanacaqdoldurma məntəqəsində driftçiləri döyməkdə şübhəli bilinir.

Lent.az yerli mediaya istinadla bildirir ki, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın sonunda yerli xəstəxanadan iki gəncin döyülməsi barədə polisə məlumat daxil olub.

Zərərçəkənlər iddia ediblər ki, yanacaqdoldurma məntəqəsinin ərazisində minik avtomobili ilə drift edərkən bir nəfər iradlarla onların yanına gəlib. O, maşını təpiklə vuraraq 22 yaşlı sürücünü və onun 23 yaşlı sərnişinini yumruqlayıb. Hücum edən şəxsin Novosibirsk deputatı olduğu üzə çıxıb.

Daha sonra Zabolotskinin arvadı növbətçi hissəyə zəng edərək az qala əzildiyini bildirib. “Gələn Dövlət Yol Müfəttişliyinin əməkdaşları piyadanın vurulması faktını təsdiqləməyib. Gənclərdən biri hadisə yerində idi - yanacaqdoldurma məntəqəsində münaqişədə iştirak edib”, - deyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

42 yaşlı deputat da polisə müraciət edib. O, gənclərdən birinin onu maşınla vurmasından şikayətlənib.

Hazırda münaqişənin bütün iştirakçılarının aldıqları xəsarətlərin ağırlıq dərəcəsini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertiza nəticələrinə əsasən bir və ya bir neçə cinayət işi başlana bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2037
avatar

Oxşar yazılar