ABŞ-ın Ukraynaya göndərdiyi silahlar Avropaya çatdı
20 aprel 2022 23:18 (UTC +04:00)

ABŞ-ın Ukraynaya göndərdiyi silahlar Avropaya çatdı

ABŞ-ın Ukraynaya göndərdiyi haubitsa sursatları Avropaya çatıb. 

Lent.az-ın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi jurnalistlərə açıqlamasında bildirib. 

Qeyd olunub ki, mərmilər ötən gündən etibarən Avropaya çatdırılıb və qarşıdakı günlər ərzində daha böyük partiyalar çatdırılacaq. 
Rəsmi qeyd edib ki, ukraynalılar üçün ABŞ-ın göndərəcəyi haubitsalardan istifadə ilə bağlı təlimlər başlayıb. O, 50 hərbçnin iştirak etdiyini təlimlərin Ukrayna xaricində təşkil edildiyini, lakin  bunun hansı ölkə olduğunu açıqlamayıb.  
“Bu ukraynalı təlimçilər üçün təlimdir, az sayda ukraynalı iştirak edir, təxminən 50-dən bir qədər çox. Onlar haubitsalardan necə istifadə edilməsini öyrənəcəklər və daha sonra Ukraynaya qayıdıb həmkarlarını öyrədə biləcəklər”, - deyə Pentaqon rəsmisi bildirib. 
ABŞ-ın Ukraynaya 800 milyon dollarlıq sonuncu hərbi yardımı çərçivəsində 18 haubitsa və ümumilikdə 40 min sursat göndərilməsi planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1407
avatar

Oxşar yazılar