Türkiyə 2027-ci ilə qədər 6 sualtı qayıq istifadəyə verəcək
22 dekabr 2019 21:44 (UTC +04:00)

Türkiyə 2027-ci ilə qədər 6 sualtı qayıq istifadəyə verəcək

 

Türkiyə 2027-ci ilədək altı sualtı qayığı suya buraxmaq niyyətindədir.

Lent.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə açıqlamanı prezident Rəcəb Tayyib Ərdoğan ölkənin şimal-qərbindəki Gölcük hərbi gəmiqayırma zavodunda ilk sualtı qayıq olan “Piri Reis”in suya buraxılması ilə əlaqədar təşkil olunmuş mərasimi zamanı səsləndirib.

“2022-ci ildən etibarən Türkiyə Hərbi Dəniz Qüvvələri hər il bir sualtı qayıqla təmin olunacaq. Ümumilikdə altı sualtı qayıq hazırlanacaq. Bunların sonuncusunun 2027-ci ildən gec olmayaraq Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanlığına təhvil verilməsi planlaşdırılır”, - Ərdoğan belə deyib.

“Anadolu” agentliyinin yazdığına görə, “Piri Reis” sualtı qayığının çəkisi 1850 ton, uzunluğu 68,3 metr, eni 6,3 metrdir. Komanda 40 nəfərdən ibarətdir.

İkinci sualtı qayıq – “Hızır Reis” texniki təchizat mərhələsindədir və 2022-ci ildə istifadəyə veriləcəyi gözlənilir.

Hazırda super manevr və uzun müddət su altında qalma qabiliyyəti ilə xarakterizə olunan üçüncü və dördüncü sualtı qayıqların inşası davam edir. Sualtı qayıqlar müasir torpeda sistemləri ilə təchiz olunub, eyni zamanda quruda statik düşmən hədəflərini məhv edə bilir, mina sərhədləri qura və raket zərbələri endirə bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1188
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35