56 yaşlı kişi 10 yaşlı qızı intim videolarla şantaj etdi
01 mart 2024 17:00 (UTC +04:00)

56 yaşlı kişi 10 yaşlı qızı intim videolarla şantaj etdi

Rusiyanın Krasnodar diyarında 10 yaşlı məktəbli qızı şantaj edərək ondan intim videolar tələb edən 56 yaşlı kişi saxlanılıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, həmin şəxs özünü yeniyetmə kimi təqdim edərək internetdə azyaşlı ilə ünsiyyətə başlayıb. Əvvəlcə qızı tərifləyib, sonra isə çılpaq foto və videolar istəməyə başlayıb. Kişi onlar üçün məktəbli qıza pul göndərib. Lakin yazışmalar tezliklə dayandırılıb.

Altı aydan sonra həmin şəxs yazışmağa başlayaraq, yeni intim videolar tələb edib və məktəbli bundan imtina edəndə arxivi dostlarına göstərib anasını öldürməklə hədələyib. Yeniyetmə bu barədə anasına danışıb, bundan sonra qadın polisə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4584
avatar

Oxşar yazılar