İnqilab küləyi İranı da tutacaq? - ŞƏRH
0
0
Düzdür, onda hədəf müəyyənləşdi, olayın məsuliyyətini «əl-Qaidə» üzərinə götürdü. Əfqanıstandakı Taliban hökumətinə qarşı beynəlxalq qüvvələr hərəkət keçdi. Bundan sonra Tehran rəsmiləri bir az rahat nəfəs aldı. Hətta taliblərə qarşı əməliyyatda ABŞ-la əməkdaşlıq belə etdi.
Əfqanıstandakı hərbi əməliyyatların ardınca 2003-cü ilin martında İraqdakı Səddam Hüseyn hakimiyyətinə qarşı Amerika və müttəfiqlərinin əməliyyatı başladı. Onda da Tehran bir az çaşdı. Rəsmi Vaşinqtona yardımla bağlı rədd cavabı aldıqdan sonra bir müddət Səddam Hüseyni və onun tərəfdarlarını müdafiə etdi. Ancaq o da devrildikdən sonra İraqdakı siyasi-ideoloji qüvvələrinin yardımı ilə bu ölkədə baş verənlərə müdaxilə etməyə başladı və bu hələ də davam edir...
Bu ilin qışında başlayan «ərəb seriyası»nda isə Tehran hakimiyyəti Afrikanın Şimalındakı inqilabları dəstəkləyərək, onları «islam oyanış hərəkatı» kimi təqdim etməyə başladı.
Ancaq Suriya olaylarında Tehran hakimiyyəti ciddi şəkildə büdrəməyə başlayıb. Hazırda yalnız Dəməşq lideri Bəşər Əsədin siyasi taleyi deyil, eləcə də İran İslam Respublikasının və oradakı rejimin gələcəyi həll edilir.
Bu baxımdan «Suriyadan sonra İranmı» sualı yenə müzakirə edilən aparıcı mövzulardandır.
Ötən həftənin sonunda ABŞ-ın müdafiə naziri Leon Panetta ölkə telekanallarından birinə müsahibəsində ərəb dövlətlərində baş verən inqilabları dəyərləndirdikdən sonra deyib: «Göründüyü kimi, gec-tez İranda da inqilab baş verəcək. Fikrimcə, 2009-cu ilin prezident seçkisindən sonra bu ölkədə meydana çıxan hərəkatın tələbləri ərəb dövlətlərindəkilərin eynidir. Məncə, biz onlara lazım olan dəstəyi verməliyik. Elə etməliyik ki, bu, həmin qüvvələrin ziyanına olmasın. Biz bütün halları araşdırırıq. «Ərəbi baharı»nın İrana da gəlib çatacağına şübhə yoxdur. Mənə elə gəlir ki, İranda islahatların keçirilməsi və inqilabın baş verməsinin vaxtı sadəcə olaraq bəlli deyil. İnsanlar önəmli dəyişikliklərin baş verməsinə qərar verəndən sonra belə rejimlər üçün həlledici mərhələ başlayır. Ona görə də hesab edirəm ki, bu fəaliyyət yalnız Orta Şərq ölkələri deyil, İran üçün də ədalətlidir».
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, Pentaqonun hazırkı başçısı Çarli Rouz bu ilin iyulunda ərəb dövlətlərində baş verənlərin İslam Respublikasına təsiri sualını cavablandırarkən, deyib: «Şübhəsiz, olacaq».
«The Wall Street Journal»-ın məlumatına görə, Amerikanın İraqdakı hərbi birləşmələrinin komandanları prezident Barak Obamadan İranın bu ölkədəki təsirini azaltmaq üçün gizli hərbi əməliyyatlar keçirilməsini tələb ediblər.
Ağ evdə hesab edirlər ki, Birləşmiş Ştatlar İraqdakı hərbi qüvvələrini azaltdıqdan sonra İslam Respublikasının təsiri bu ölkədə önəmli dərəcədə artacaq. Bundan başqa, ABŞ kəşfiyyatının məlumatlarına əsasən, Tehran bölgədəki müttəfiqlərinə, eləcə də İraqdakılara silah-sursat tədarükünü genişləndirib.
Rəsmi Vaşinqton İranın Suriya hakimiyyəti və Bəhreyndəki hakimiyyət əleyhinə qüvvələrlə əlaqəsindən rahatsızlığını gizlətmir.
Hələlik aparılacaq «gizli əməliyyatlar»la bağlı məlumatlar yayılmayıb. Ancaq ehtimal olunur ki, ilk növbədə İrandan İraqa qanunsuz olaraq keçən casusların, qaçaqmalçıların qarşısı alınacaq. Çünki bu yöndə artıq əməli addımları atıldığı da bildirilib.
İranla bağlı Britaniyanın keçmiş baş naziri Toni Bleyr də kəskin çıxış edib.
11 sentyabr hadisələri ilə bağlı «Times»-ə müsahibəsində Bleyr Tehranı İraq və Əfqanıstanda «terrorçuluğu dəstəkləməkdə» ittiham edərək, deyib: «Qərb dövlətlərinə əsas təhlükə İrandan gəlir. Əgər İslam Respublikası nüvə proqramını gerçəkləşdirmək iddiasından əl çəkməzsə, o zaman onlara qarşı güc tətbiqinə hazır olmaq vacibdir».
Onun sözlərinə əsasən, İranın nüvə silahının ortaya çıxması «Orta Şərqdə sabitliyin bütünlükdə pozulması ilə sonuclanacaq».
Bleyr «Mən İranda və Suriyada rejimlərin dəyişməsini dəstəkləyirəm» - deyərək, Bəşər Əsədin istefa verməsi üçün beynəlxalq ictimaiyyəti rəsmi Dəməşqə təzyiqlər artırmağa çağırıb.
Sədrəddin Soltan