Atatürkün Trabzondakı evi
Bu pavilyonu trabzonlu bir iş adamı 1890-cı ildə yayda istirahət üçün tikdirib, 1923-cü ildə isə bina dövlətin balansına keçirilib.
Avropanın təsirini əks etdirən evi 15 iyul 1924-cü ildə Atatürk Trabzona ilk dəfə gələndə görüb və çox bəyənib. Trabzona onun ikinci səfəri 1930-cu ilin noyabrında olub. Atatürkün buraya ikinci gəlişindən 1 il sonra mayın 18-də həmin köşk Trabzon əhalisi adından 361 saylı qərarla Atatürkə hədiyyə edilib.
1937-ci il iyunun 11-də Mustafa Kamal Atatürk bütün mülkiyyətini və var-dövlətini həyatından çox sevdiyi Türk Millətinə verməyi qərara alır. O, gecə ilə bütün mülkiyyətlərini siyahıya alaraq, baş nazirinə göndərir.
Türk Millətinə bütün mülkiyyətini verdikdən sonra, o bu cümlələr ilə öz hisslərini ifadə edir: “Adamın var-dövləti onun mənəvi şəxsiyyətində olmalıdır. Mülkiyyət mənə ağır yük verir. Dövlətimə bunları verməklə, özümü xoşbəxt hiss edirəm”.
Atatürk qərarını bu köşkdə verdiyindən onun vəfatından sonra pavilyon bacısına miras qalır.
1942-ci ildə isə pavilyon Trabzon Bələdiyyəsi tərəfindən bacısı Makbule Boysandan alınır. O vaxtdan Atatürk köşkü tarixi abidə olaraq, muzey kimi fəaliyyət göstərir.
Geniş və yamyaşıl bağçası olan ev 3 mərtəbədən ibarətdir. Bağçasında Atatürkün büstü qoyulub və üzərinə “Ümidim gənclərədir” sitatı yazılıb.
Ümidi biz gənclərə olan Atatürk bu sitatı ilə əslində çox şey deyərək gənclərə müsbət mənada çox təsir edir.
İndi muzey kimi fəaliyyət göstərən evin dizaynı də sadə və maraqlıdır. Qarderobdan sonra dəhlizə - bilyard salonuna keçirsən. Birinci mərtəbədə 4 otaq (qonaq, yemək, oturma, vəsiyyət) və mətbəx yerləşir.
İkinci mərtəbədə 5 otaq (yataq, salon, iş, iclas, gözləmə) və 2 ayrı istiqamətə baxan balkon yerləşir. Dəhlizindəki mebelin içərisinə isə qonaqların qəhvə fincanları, eləcə də Atatürkün öz fincanı (digərlərindən fərqli idi) qoyulub.
3-cü mərtəbədə isə iki boş otaq var, orada Atatürkün xidmətçiləri və mühafizəçiləri qalırmış.
Qeyd edim ki, otaqlardakı bütün əşyalar illərdir, qorunub-saxlanılır və hər otağın girişindəki lövhənin üzərində həmin otaqdakı əşyaların tarixi və kim tərəfindən hədiyyə olunduğu əks olunub (əsasən XIX və XX əsrin əşyalarıdır).
Məlumat üçün qeyd edim ki, otaqlara girib əşyalara toxunmamaq üçün qadağanedici nişanlar, mühafizəçilər və təhlükəsizlik kameraları qoyulub.
Türkiyənin qırmızı ay-ulduzlu bayrağının köşkdə yeri xüsusilə diqqət cəlb edir; yataq otağında-çarpayının üstündə, birinci mərtəbədə dəhlizin pərdəsi kimi və köşkün üstündə.
Əksər otaqda Atatürkün fikirləri kiçik lövhələrə qeyd olunub. Diqqətimi cəlb edən “Ben olayım, olmayayım, türk milleti bakidir. Görevinizi bana karşı değil, millete karşı yapacaksınız” və vəsiyyət otağındakı “ Hayatımın hatırlaya bildiyim en mutlu dakikalarını yaşıyorum. Yıllarca düşündüyüm bu işi Trabzonda tamamlamak mukaddesmiş” sitatları oldu.
Deyim ki, köşk dəniz səviyyəsindən 200 metr yüksəklikdə yerləşir və bura gəlib-getmək üçün yol biristiqamətlidir.
Giriş adi vətəndaşlara 2 lirə, şagird və tələbələrə isə 1 lirədir.
Ülviyyə Mikayılqızı
Azərbaycan Dillər Universitetinin tələbəsi
(Fotolar müəllifindir)

709