İranda neft hasilatı azalır
0
0
Onun sözlərinə görə, mövcud layihələrin gerçəkləşdirilməsi nəticəsində 2012-ci ilin martına kimi hasilatda yaranmış azalma kompensasiya ediləcək. H.Kəlavənd qeyd edib ki, hazırda iri neft yataqları, özəlliklə cənubdakılar yarıdan çox istismar edilib, bu üzdən də onlarda hasilatın azalması təbiidir.
Araşdırmalara əsasən, hər il İranda neft hasilatı 300-330 min barel azalır. Ölkənin neft şirkəti bu çatışmazlığı aradan qaldırmaq üçün həmin yataqlarda təkrar hasilatı gerçəkləşdirməyi qarşıya məqsəd qoyub. Baş direktor vurğulayıb ki, bu ilin martından Cənub neftdaşıyıcıları rayonunda plan 99,99 faiz yerinə yetirilib. Həmin bölgədən sutkada orta hesabla 3 milyon barel xam neft hasil edilir.
Bir müddət öncə İranın planlaşdırma nazirinin müavini Möhsün Xocastən-Mehr ölkənin “İRNA” agentliyinə müsahibəsində demişdi ki, neft sahəsinə iri həcmli sərmayələr qoyulmayacağı təqdirdə 2015-ci ildə “qara qızıl” hasilatı kəskin şəkildə azala bilər.
Onun sözlərinə görə, indi gündə 3,7 milyon neft barel hasil olunur, bu hasilat 2,7 milyon barelə düşəcək: “Əgər enerji qurumlarına 150 milyon dollar həcmində sərmayə qoyularsa, onda gündəlik hasilat 4,7 milyon barelə qalxar. Eyni zamanda gündəlik təbii qaz hasilatı da 600 min kub metrdən 14 milyard 600 milyon kub metrədək artar”.
Ölkənin sərmayə planına uyğun olaraq, “mavi qaz” hasilatına 70 milyard dollar, neftə 34 milyard, bu sahələrin modernləşdirilməsi və emal sənayesinin genişləndirilib, inkişaf etdirilməsi üçün 32 milyard dollar yatırım lazımdır. Nazir müavini demişdi ki, bu vəsaitin əsası 60 milyard dolları xarici sərmayəçilərin, 50 milyardı İranın Neft Nazirliyinin, 40 milyarda yaxını isə ölkə banklarının payına düşür.
Ancaq indiki şəraitdə xarici şirkətlər İran iqtisadiyyatına yatırım qoyulmasının çox riskli olduğunu başa düşür. Odur ki, İran iqtisadiyyatı bu sərmayə olmadan inkişaf edib, düşdüyü ağır durumdan qurtulması çətin olacaq.
“İRİB news»in məlumatına əsasən, İranın iqtisadiyyat və maliyyə naziri Seyid Şəmsəddin Hüseyninin sözlərinə görə, ölkə iqtisadiyyatında 8 faizlik qalxınmanı əldə etmək üçün hər il 240 milyard dollarlıq sərmayəyə (240 trilyon tümən) ehtiyac var. Nazir bildirmişdi ki, ötən il İran iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulub. Onun sözlərinə görə, ölkənin inkişafı 5-ci beşillik proqramında iqtisadiyyatın 8 faiz həcmində yüksəlməsinə, işsizliyin və inflyasiyanın 7 faizə endirilməsinə nail olmaq nəzərdə tutulub.
Nazirin dediklərindən belə başa düşülür ki, subsidiyalıran ləğvi ölkə iqtisadiyyatının inkişafına elə ciddi təsir etməyib. Hakimiyyət bu yolla qısa müddətli uğura nail olub. Çünki dövlət rəsmiləri çıxışlarında subsidiyalırın ləğvinin iqtisadiyyatın inkişafına güclü təkan verəcəyini bəyan edirdilər.
Ölkə prezidenti Mahmud Əhmdinejad avqustun əvvəlində mövcud vəziyyətdən qurtulmağın yeganə yolunu neft sənayesinin “milliləşdirilməsində” gördüyünü bildirib: “Bizim əsas vəzifəmiz və tapşırığımız İranın neft sənayesinin milliləşdirilməsini başa çatdırmaqdır. 60 ildən sonra bu sahə elə milliləşdirilib ki, gəlirin 3-də ikisi yenə qərb şirkətlərinin cibinə axır. Belə şərait İran üçün qəbuledilməzdir və dəyişdirilməlidir”.
İslam Respublikasının neft sənayesi naziri vəzifəsinə İnqilab Keşikçiləri Qvardiyasından general Rüstəm Qasiminin təyin edilməsi bunu təsdiqləyən amillərdəndir. Nazir təsdiq olandan sonra R.Qasimi keçirdiyi ilk mətbuat konfransında demişdi ki, İranın sərhəd bölgələrindəki neft-qaz yataqlarında (onların bir hissəsi qonşu dövlətlərin ərazisindədir) yeni axtarışlar üçün əlavə 40 milyard dollar sərmayə tələb olunur.
Söhbət körfəzdəki “Cənubi- Pars” neft-qaz yatağından gedir. O, ərazidə çalışan Qətər İslam Respublikasının qabaqlayaraq, artıq təbii qaz hasilatına başlayıb. İran yatağı isə sərmayə ucbatından demək olar ki, fəaliyyətsiz qalıb. Bu məsələ bir neçə ildir ölkənin çeşidli qurumlarında, eləcə də parlamentdə belə müzakirə olunub.
Tehran yeni neft-qaz layihələrini gerçəkləşdirmək üçün maliyyə problemini yerli bankların, eləcə də qiymətli kağızların yerli və beynəlxalq kredit bazarında yerləşdirilməsi hesabına həll etmək niyyətindədir. Bundan başqa bir sıra enerji layihələrinə hökumətin də pulla dəstək verəcəyi planlaşdırılıb. Yeni nazirin qənaətinə görə, xarici neft şirkətlərini “İnqilab keşikçiləri qvardiyasının nəzarəti altında olan İranın holdinqləri (qvardiyanın “Hatəm-ül-Ənbiya şirəkti” - S.S.) əvəzləyə bilər”.
Ancaq baş verənlərin heç də İran rəsmilərinin istək və planlarına uyğun inkişaf etmədiyi görünməkdədir. Liviyada Qəddafi rejiminin yıxılması nəzərləri yenə də Tehran hakimiyyətinin üzərinə yönəldəcək…
Sədrəddin Soltan