Bu gün “çipsi”nin ad günüdür
0
0
Bu gün Amerikalıların mətbəxinin kiçik və istəkli üzvü olan “çipsi”nin ad günüdür. Bu barədə redaksiyamıza balaca oxucumuz Aygün xanım xatırladıb. Oxucumuz “çipsi”nin tarixi barədə geniş məlumat verməyimizi istəyib.
Lent.az-ın müxtəlif mənbələrdən topladığı məlumatlara görə, ingilis dilindən tərcümədə “dilim” adlanan “çipsi”nin yaradılması tarixi 1853-cü ilin məhz bu gününə təsadüf edir.
Bahalı Amerika restoranlarından birində baş aşpaz Corc Kram müştərisi üçün adəti üzrə kartof qızardıb. Lakin müştəri kartofu qalın qızartdığına görə aşpazı məzəmmət edib və sifarişi geri qaytarıb. Bundan əsəbiləşən Kram kartofu nazik doğrayaraq, xırçıldayana qədər yağda qızardıb. Bu, müştərinin çox xoşuna gəlib. Hətta bu yeməyi menyuya “Saratoq çipsi” adı ilə əlavə etmişdilər. Bundan sonra 30 il müddətində “çipsi”ni ancaq bahalı restoranlarda sifariş etmək olardı.
Nəhayət, 1890-cı ildə o, küçəyə çıxarıldı. Vilyam Teppenden adlı şəxs Klivlenddə qəlyanaltı furqonunda kartofu “çipsi” qızartdı. Çox keçmədi ki, onun populyarlığı bütün Amerikanı bürüdü. Onun satıldığı xüsusi paket yarandıqdan sonra isə bütün dünyada tanındı.
Bu gün aşpazlar “çipsi”ni iki üsulla hazırlayırlar. Birincisi ənənəvi üsuldur. Bu zaman kartof 15-20 mm qalınlığında doğranır, yuyulur, duz-istiot vurulub yağda qızardılır. Yalnız sonda dadverici əlavələr vurulur. Onlar müxtəlif ölçüdə, çox zaman oval və burulmuş formada xırçıldayana qədər qızarmış olur.
“Çipsi”nin digər hazırlanma qaydası “qəlib” üsuludur. Bu cür “çips”lər un və xəmir kündəsindən hazırlanır. İstehsalçılar hazır yarımfabrikat olaraq kartofu, yaxud da kündələri kimi yayır və istədikləri formaya salırlar. Ən çox yayılmış formalar ulduz və balıqqulağıdır. Sonra bu “çips”ləri alan istehlakçılar müvafiq dadvericilər vurmaqla qızardırlar. Bu texnologiya ilə “çipsi” nəinki kartofdan, başqa ərzaqlardan da hazırlamaq olar. Maraqlıdır ki, Mərkəzi və Cənubi Ameriakada “çipsi”ni qarğıdalıdan, Cənub-Şərqi Asiyada isə düyüdən hazırlayırlar.
Bəs, görəsən, “çipsi” insan orqanizminə zərərdimi? Həkimlər onun tərkibində nə vitamin, nə mineral, nə də keyfiyyətli qida maddələrinin olduğunu deyirlər. Hələ üstəlik, güclü emaldan sonra bütün müsbət keyfiyyətlərini itirən kartof zərərli xüsusiyyətlər əldə edir. Dietoloqlar 100 qr “çipsi”də 300 qr yağ olduğunu hesablayıblar. Bu da həzmetmə sistemindəki problemlərə, piylənmə və əqli fəaliyyətin tormozlanmasına gətirib çıxarır. Eyni zamanda, bütün “çips”lər həddindən artıq duzlu olur ki, bu da həkimlərin rəyinə görə, sümüklərin inkişafına mane olur, maddələr mübadiləsinin pozulmasına və ürəkdə problemlərə gətirib çıxarır. Ona qatılan dadvericilər isə uşaqlarda allergiyaya səbəb olur. Bu qatqılar yeni icad olunduğuna görə, onların təsiri tam araşdırılmayıb.
Nailə Rövşənqızı