Belorus İrandan ayrılır?
0
0
Xatırladaq ki, ABŞ ticarət münasibətini məhdudlaşdıran federal qanuna əsasən, (International Emergency Economic Powers Act (IEEPA) 2006-cı ildən demokratik institutları dağıtdığı üçün Belorus sanksiya tətbiq edib. Bundan başqa Avropa Birliyi də oxşar addım atıb. Bu qanun vasitəsi ilə Amerika prezidenti ölkəsinə təhlükəli dövlətlərlə ticarət əlaqələrini tənzimləyir.
“Qazeta.ru”nun məlumatına əsasən, Belorusun “Belorusneft” dövlət şirkəti İranda neft hasilatını dayandırıb. Buna səbəb kimi İranın neft şirkəti ilə Belorusunku arasında fikir ayrılığı göstərilir. Məlumatda o da bildirilib ki, “Belorusneft” hələ cari il iyunundan faktiki olaraq, işini dayandırıb. Bununla belə müqavilə rəsmi olaraq, pozulmayıb.
İranın “Petroleum Engineering and Development Co”nin direktoru Naci Saduni baş verənləri təsdiqləyərək, bildirib ki, Belorus şirkəti anlaşmanın şərtlərini yerinə yetirmirmiş. Müqaviləyə əsasən, bu müəssisə sutkada 3,5 min bareldən artıq neft hasil etməli imiş, ancaq “Belorusneft”in göstəricisi indiyəcən 2,8 min bareli aşmayıb.
Xatırladaq ki, bu ilin fevralında ABŞ Belorusun “Belorusneft” şirkətinə BMT İrana tətbiq etdiyi bəlli yasaqlarını pozaraq, İslam Respublikası ilə müqavilə imzaladığı üçün sanksiya tətbiq edib. Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirmişdi ki, bunun üçün təmsil etdiyi qurumun hər cür əsası var. Belə ki, “Belorusneft” 2007-ci ildə İranın neft şirkəti ilə “Cofeir” neft yatağının işlənməsi üzrə 500 milyon dollarlıq sövdələşmə imzalamışdı.
Onda ölkə Xarici İşlər Nazirliyinin mətbuat katibi Andrey Savinıx məsələyə münasibət bildirərək, demişdi: “Birtərəfli sanksiya məhsuldar olmadığından ikitərəfli münasibətlərə zərbə vuracaq”.
Sanksiyaya əsasən, ABŞ bazarında “Belorusneft”in fəaliyyət göstərmək imkanı məhdudlaşdırılır, kredit üçün “İdxal-ixracat” bankına şirkətin müraciət etməsi qadağan olunub, 12 ay ərzində ABŞ ərazisindəki kommersiya banklarından 10 milyon dollar həcmində kredit ala bilər, eləcə də şirkət Amerika hakimiyyəti ilə müqavilə iraçısı sifətində iştirak edə bilməz və s.
Amerikalıların qənaətincə, Belorus raket, minaatan, tank əleyhinə silahları və minaları Fələstindəki radikal qruplaşmalara və İran və Suriya kimi ABŞ-ın “terrorçuluğun himayədarı” adlandırdığı dövlətlərə ötürür. Bundan başqa Vaşinqton ötən il rəsmi Minski Sudana “Mi-24” vertolyotları, artilleriya sistemi və zirehli texnika, Şimali Koreyaya tank, İrana isə hərbi təyyarələr və avia mühərriklər satmaqda suçlamışdı.
İran-Belarus münasibətinin genişləndirilməsi məqsədi ilə tərəflər arasında qarşılıqlı rəsmi səfərlər də gerçəkləşdirilir. Ötən ilin oktyabrında Aleksandr Lukaşenko prezident Mahmud Əhəmdinejatın dəvəti ilə Tehrana rəsmi səfər edib. Səfər zamanı yeni neft yatağının araşdırılmağa başlamasına həsr olunmuş təntənəli açılışı da olub.
Hələ ötən ilin sonlarında İran hakimiyyətinin nəzarəti altında olan maliyyə, sığorta, sərmayə, faydalı qazıntıların hasilatı və sənayesi sahələri ilə əməkdaşlıq edən şirkətlərə ABŞ yasaq tətbiq etmişdi. ABŞ-ın Maliyyə Nazirliyi vətəndaşlarına İranın belə müəssisələri ilə sövdələşmələrdən imtina etməyə məsləhət görmüşdü.
Onların sırasında Belorusda fəaliyyət göstərən “Onerbank” maliyyə qurumu da var idi. Amerikanın Maliyyə Nazirliyi əminliklə bildirmişdi ki, həmin maliyyə müəssisəsinə İranın bank qurumları nəzarət edir.
Bir müddət öncə ABŞ Belorusun “Belneftexim” konserninə sanksiya tətbiq edib.
Beləliklə, ehtimal etmək olar ki, Suriyadakı durum Belorusu İranla ehtiyatlı olmağa sövq edib. Bu səbəbdən də rəsmi Minsk Tehranla yolları yavaş-yavaş ayırmağa üstünlük verməyə başlayıb.
Sədrəddin Soltan