Stalinin şah əsəri: “Troya atı” əməliyyatı - ARAŞDIRMA
0
1
Sizə indi danışacağımız əhvalat SSRİ adlı artıq xəritədən silinmiş əzəmətli bir dövlətin kəşfiyyat tarixindəki ən maraqlı məqamlardandır...
...Hər şey 1943-cü ildə başladı. Tehran konfransından qayıdan kimi, Stalin Beriya qarşısında bir vəzifə qoydu: nəyin bahasına olursa-olsun, Amerika səfiri Averall Harrimanın iş otağına yol tapmaq lazımdır! Və... Moskvada Amerika diplomatik missiyası rəhbərinin iş otağındakı dinləmə əməliyyatı casusluğun klassikasına çevrildi. Əməliyyat həyata keçiriləndən sonra Stalin həmin otaqda qəbul olunan qərarları ABŞ prezidentindən tez bilirdi. Unikal quruluşa malik dinləmə qurğusu düz 8 il boyu amerikasayağı azadlığın simvolu olan dövlət gerbinin içindən hadisələrə qulaq verirdi. Nə səfir Harriman, nə də ondan sonra SSRİ-də Amerikanın diplomatik missiyasına rəhbərlik edən daha üç nəfər bilmədi ki, başlarının üstünü bəzəyən, baxarkən təmsil etdikləri dövlətin əzəmətindən zövq aldıqları gerb əslində “Troya atı” imiş...
İlk qaranquşlar
1933-cü ilin 16 noyabrında SSRİ və Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələr quruldu. Və demək olar ki, həmin gündən sovet əks-kəşfiyyatçıları Moskvadakı Amerika səfirliyinin binasına yol tapmağa müntəzəm cəhdlər göstərirdilər. 1938-ci ildə daha çox NKVD adı ilə tanınan Xalq Daxili İşlər Komissarlığının Dövlət təhlükəsizliyi baş idarəsinin 2-ci şöbəsində çalışan cazibədar qadın agentlər - onlar əsasən Böyük Teatrın balerinaları idi - bir sıra Amerika diplomatları ilə intim-işgüzar əlaqələr yarada bilmişdilər. Bundan savayı, səfirliyi qoruyan Dəniz piyadaları da suyuşirin rus dili müəllimlərindən ibarət seks-bombalara müntəzəm olaraq ilişib xata çıxarırdılar.
Havayı “bazlığın” ölüsü olan yadellilərin qəlbinin kütləvi şəkildə “bombalanması” əməliyyatlarında səfirliyin bağçasında “bağbanlıq” edən “bizimkilərə” məlum olmuşdu ki, diplomatik missiyanın yerləşdiyi binaların üst qatları daha böyük səylə qorunur. Həmin qatlarda siyasi şöbənin, hərbi kəşfiyyatçıların, şifrləmə mütəxəssislərinin, daxili təhlükəsizlik idarəsinin və bir də səfirin otağı yerləşirdi.
NKVD-nin həmin qorunan zonada dinləmə əməliyyatının təşkili üçün göstərdiyi cəhdlər 1941-ci ilin sentyabrından etibarən lap manyakal xarakter almışdı. Çünki Təhlükəsizlik İdarəsinin 5-ci şöbəsinin "Starşina" ləqəbli agenti belə bir məlumat verirdi ki, ABŞ səfirliyinin hərbi hava qüvvələri üzrə attaşesi qismində çalışan diplomat əslində alman casusu imiş və SSRİ barədə məxfi məlumatları Hitler Almaniyasının əlaqədar orqanlarına ötürməklə məşğul imiş...
1943-cü il dekabrın 17-də Beriya Stalinə məruzə edir ki, unikal quruluşa malik olan mikrofon artıq hazırdır və sınaqlardan müvəffəqiyyətlə çıxıb, amma əməliyyat dalana dirənib, çünki Amerika səfirinin iş otağına yol taparaq mikrofonu yerləşdirmək mümkün olmur. Hətta həmin ərəfədə NKVD-nin səfirliyə girib-çıxan agentləri tərəfindən törədilmiş yanğın zamanı belə, əməliyyatçıların "yanğınsöndürən" qiyafəsində səfirliyə girərək tapşırığı yerinə yetirməsi mümkün olmayıb. Səfirliyin gözətçiləri bildiriblər ki, lap bütün bina yansa belə, içəri kimsə buraxılmayacaq – bu, Amerika prezidenti tərəfindən yasaq edilib!
Stalin Beriyanı diqqətlə dinləyib, bığaltı gülümsündü və həmsöhbətinə xatırlatdı ki, "bolşeviklərin fəth edə bilmədiyi qala ola bilməz". Sonra isə qəflətən özünə xas ərkyana bir tərzlə soruşdu:
- Lavrenti, sən heç Troya atı barədə nəsə eşitmisən?
Troya atından söhbət salarkən Stalinin nəyi nəzərdə tutduğunu Beriya göydə qapdı. Rəhbər dinləmə qurğusunun hansısa bir əşyanın içərisində gizlədilməsini nəzərdə tuturdu. Amma bu elə bir əşya olmalıydı ki, səfir Harriman onu öz kabinetində saxlasın...
Suvenir dükanı
...Düz bir saatdan sonra Daxili İşlər xalq komissarının otağına ağacdan, sümük və dəridən düzəlmiş təxminən iyirmi qiymətli suvenir gətirdilər. Onların arasında ən çox diqqət çəkənləri qədim skif döyüşçüsünün qara qızılağacından düzəlmiş iri qalxanı, ikimetrlik mamont dişləri, çar İkinci Nikolaya İsveç kralının bağışladığı, fil sümüyündən "Eriksson" markalı telefon aparatı və bir də filin baldır sümüyündən düzəlmiş birmetrlik orijinal zibilqabı idi. Elə qalan suvenirlər də hər otağa bəzək ola bilərdi.
Beriya bütün bu əşyaları diqqətlə nəzərdən keçirdi və məsləhət üçün akademiklər Aksel Berqi və Abram İoffeni yanına çağırdı - NKVD-nin operativ-texniki idarəsinin mütəxəssislər qrupu yer üzündə analoqu olmayan bu qurğunu məhz akademiklərin nəzarəti altında düzəltmişdilər.
Düzəldilmiş dinləmə cihazı əslində passiv mikrofon idi: çalışması üçün elektrik mənbəyinə də ehtiyac yox idi. Onu həmin dövrdə bəlli olan heç bir texniki vasitə ilə aşkara çıxarmaq mümkün deyildi. Xırdaca çömçəquyruğu xatırladan bu qurğu mikrotezlikli şüa impulsları ilə işləyirdi. Siqnal cihaza yetişən kimi, onun reseptorları rezonansa gələrək titrəməyə başlayırdı. İnsan səsi bu rezonansların xarakterini dəyişir, xüsusi qurğu isə bu dəyişikliyin şifrini açaraq, onu yenə də səs şəklinə salırdı.
Unikal mikrofon
Bu mikrofon nə qədər istəsən işləyə bilərdi. Mikrodalğalı impulsları "çömçəquyruğa" təxminən 300 metr aralıda yerləşdirilmiş güclü generator ötürürdü. Siqnalın qəbulu, deşifrə olunması və maqnitofon lentinə yazılmasını isə elə generatorla eyni xətdə yerləşdirilmiş başqa unikal qurğu həyata keçirirdi. Cihaza göndərilən və ondan qayıdan siqnalların kəsişərək bir-birinə qarışmaması üçün bütün cihazlar bərabərtərəfli üçbucaq şəklində yerləşdirilməli idi.
Generatorla mikrodalğalı akkumulyator səfirliyin binasından sağda və solda yerləşən çoxmərtəbəli yaşayış evlərinin sonuncu qatlarındakı mənzillərdə yerləşdirilmişdi. Təbii ki, ordakı sakinlər başqa mənzillərə köçürülmüşdülər. Boşalan mənzilləri isə ötürücü və qəbuledici stansiyaları işlədən NKVD mütəxəssisləri tutmuşdu. Lakin Amerika səfirliyinə baxan eyvanlardan elə əvvəlki kimi, yuyulmuş pal-paltar asılır, istirahət günləri qadınlar xalça-palaz çırparaq Amerika diplomatlarının gözünə sözün hərfi mənasında toz üfürürdülər...
Mİkrofonun kod adı "Zlatoust" idi. Qeyd etmək lazımdır ki, nə cihazı layihələndirənlər, nə onu bilavasitə hazırlayanlar bilmirdilər ki, ciddi məxfilik şəraitində düzəltdikləri bu mikrofon harada istifadə olunacaq. Bəlli olan yalnız bu idi ki, cihaz SSRİ-nin təhlükəsizliyinə xidmət edəcək...
Akademiklərin rəyi
Beriyanın otağına çağırılan akademiklər cihazın bu suvenirlərin hansına montaj edilməsinin daha məqsədəuyğunluğu haqda rəy verməliydilər. Lakin bir dəqiqədən sonra alimlərin ikisi də bir ağızdan söylədilər ki, onların cihazı təklif olunan suvenirlərdən heç birinə montaj oluna bilməz. Beriyanı başa saldılar ki, mikrofonun konstruktiv özəlliyi məhz suvenirin ona uyğunlaşdırılmasını tələb edir. Bu baxımdan özəl bir hədiyyə düzəldərək mikrofonu onun içinə yerləşdirmək barədə qərar qəbul olunur. Və həmin hədiyyə düzəldilir...
"Troya atı" üçün məzhəkə
1945-ci ilin 4-11 fevral günlərində Yaltada Krım konfransı keçirilirdi. Böyük Üçlüyün - Stalin, Ruzvelt və Çörçill - iştirak etdiyi bu məclis müharibədən sonrakı Avropa üçün taleyüklü məsələləri həll etməliydi. Həmin yığıncaqda elə Lavrenti Beriyanın da məsələsi həll olunurdu - ya marşal rütbəsi alacaqdı, ya da...
Stalinin fikri qəti idi: "Səfirin kabinetinə bizim mikrofonu qoya bilsən, sənin də çiyinlərini marşal poqonları bəzəyəcək, Lavrenti!"
..."Zlatoust" qurğusunu səfirə sırımaq üçün əməlli-başlı bir tamaşa qurulmalıydı. Bu məqsədlə fevral ayının 9-da "Artek" pioner düşərgəsinin 20 illiyinin bayram edilməsi qərara alındı. Fevralın 8-də SSRİ Xarici işlər naziri Molotov Stalinin yanında Amerika prezidenti Franklin Ruzveltə və İngiltərənin Baş naziri Uinston Çörçillə müharibə illərində fəaliyyətini dayandırmış düşərgənin yenidən açılması münasibətilə keçirilən bayrama sovet uşaqlarının dəvətnaməsini təqdim etdi. Pionerlər öz bayramlarında müttəfiq ölkələrin rəhbərlərini görmək istəyirdilər – bu, müharibə dövründə SSRİ-yə yardım edən müttəfiqlərə bir minnətdarlıq jesti idi...
"Böyük üçlüyün" tədbiri üçün "Kiçik üçlüyün" - Stalin, Molotov, Beriya - hazırladığı sürpriz dəqiq hesablanmışdı. Nə Ruzvelt, nə Çörçill, istəsələr belə, onsuz da çox çəkən Krım konfransı günlərində “Artek”ə gedə bilməyəcəkdilər. Yaltaya cəmi 18 kilometr olsa da, bombardmanlara məruz qalmış şosse ilə bu yolu qət etmək üçün azı iki saat lazım idi. "Kiçik üçlüyün" mütəxəssisləri həm də buna əmin idilər ki, nə Edvard Stetinius, nə də ser Entoni İden - ABŞ və Böyük Britaniyanın xarici işlər nazirləri - pioner düşərgəsinə getmək məqsədilə öz şeflərini tərk edə bilməyəcəklər. Deməli, qalırdı yalnız səfirlər - Averall Harriman və ser Arçibald Con Klark Kerr. Onlar isə bu missiyanı özlərindən aşağı vəzifəli diplomatlara tapşıra bilməzdilər, çünki uşaqlara baş çəkmək tapşırığını birbaş Ruzvelt və Çörçilldən almışdılar...
Tamaşa başlandı
...Lavrenti Beriyanın əzəmətli qara "Xorx" limuzini xarici qonaqların avtomobillərindən ibarət kortejin önündə "Artek"ə daxil oldu və aramla "Stalin şahinləri" drujinasının yerləşdiyi binaya yaxınlaşdı - səfirlərlə pionerlərin görüşü burda olmalıydı.
Hər tərəfdə musiqi, uşaq təbəssümü, uşaq sevinci baş alıb gedirdi. Qışın oğlan çağı olmasına baxmayaraq, Suxumidən hərbi təyyarə ilə təzə-tər qızılgüllər də gətirmişdilər. Qonaqları Pioner dəstə rəhbərləri kimi geyinmiş iki tabor NKVD işçiləri qoruyurdu.
Təntənəli görüşün sonunda Averall Harriman pionerlərə Amerika hökuməti adından 10 min dollarlıq çek hədiyyə etdi. Ser Arçibald Kerr isə 5 min funt-sterlinqlik çek verdi. Bu zaman qəflətən ABŞ-ın "Ulduzlu bayraq" himni çalındı və əsl pionerlərdən ibarət uşaq xoru himnin sözlərini təmiz ingilis dilində oxumağa başladı. Harrimanın gözləri doldu və həmin an dörd pioner zala ağacdan düzəldilmiş, əzəmətli, üzərindəki lakdan par-par yanan bir şey gətirdilər. Bu, Amerika Birləşmiş Ştatlarının gerbi idi. "Artek" düşərgəsinin müdiri gerbin sertifikatını gurultulu alqışlar altında səfirə təqdim etdi. Sertifikat Ümumittifaq Starostası Kalinin tərəfindən imzalanmışdı.
Stalinin şəxsi tərcüməçisi Valentin Berejkov sertifikatın məzmununu xaricilərə tərcümə edirdi: səndəl, sekvoyya, fil palması, qara qızılağac, qırmızı şam, kedr - suvenir məhz bu qiymətli ağac növlərindən pionerlərin əliylə hazırlanmışdı...
Heyranlıqdan nitqini itirən Harriman bəlkə də öz diplomatik karyerası boyu ilk dəfə idi ki, düşündüyünü deyirdi:
- Mən bu gerbi nə edim? Harada saxlayım? Bu gözəllikdən gözümü çəkmək istəmirəm!
Həmin ərəfədə lazımi təlimatlar almış Berejkov isə fürsətdən istifadə edib dilləndi:
- Əşşi, iş otağınızdan asın... İngilislərin paxıllıqdan ürəyi partlayacaq... - Bu sözlər az qala pıçıltıyla deyilmişdi ki, ser Arçibald Kerr eşitməsin.
...Beləliklə, 1945-ci ilin fevralında Amerika Birləşmiş Ştatlarının gerbindən don geymiş "Zlatoust" Moskvadakı Amerika səfirliyinin tam məxfi mərtəbəsinə müvəffəqiyyətlə daxil olub, öz yerini tutdu. NKVD-nin "Etiraf" məxfi adı altında keçirdiyi, Amerika səfirlərinin gizli müşavirələrinin müntəzəm dinlənilməsi əməliyyatı başlandı.
"Səfirlər" deyəndə, yanılmadıq. Elədir ki var! "Zlatoust" düz 8 il işlədi, 4 səfir yola saldı. Maraqlıdır ki, hər təzə səfir otağının bütün atributlarını dəyişsə də, SSRİ uşaqlarının Amerikaya məhəbbət rəmzi sayılan bu gerbə toxunmurdu. Onun bir sənət əsəri kimi dəyəri yüksək çinli Amerika diplomatlarına az qala hipnotik təsir göstərir, onları lap valeh edirdi. Otağın hətta pərdələrini də gerbin rənglərinə uyğunlaşdırmağa çalışırdılar!
Epiloq əvəzi
"Zlatoust" bu gün də özünün bənzərsiz həyatını yaşayır. Qurğunun gerbdə aşkarlanmasından sonra həm amerikalılar, həm ingilislər onun nümunəsini hazırlamağa girişdilər. Sovet alimlərinin düzəltdiyi qurğunun sirrini Hollandiyadakı gizli laboratoriyada çözməyə çalışırdılar. İngilis kəşfiyyatı da eyni işi görürdü...
İngilislər bu araşdırmalarında amerikalılardan bir qədər irəli gedə bildilər, amma unikal mikrofonun sirri sonadək çözülmədi - "Zlatoust"un rezonatorlarını titrədən generatorun sirri açılmamış qaldı. İngilislərin düzəltdiyi analoq cəmi 20 metrlik məsafədə çalışırdı...
Birləşmiş Ştatlar öz kəşfiyyatı üçün biabırçı sayılan bu faktı yeddi il sirr kimi saxladı. Yalnız 1960-cı ildə, Harri Pauersin idarə etdiyi "U-2" kəşfiyyatçı təyyarəsini ruslar vurub salandan və Amerikanı ölkə ərazisində qanunsuz kəşfiyyat aparmaqda ittiham etməyə başlayandan sonra, Vaşinqton cavab olaraq, Moskvadakı Amerika səfirinin otağına kəşfiyyat məqsədilə yerləşdirilmiş Sovet dinləmə qurğusu haqda məlumatı dünyaya yaydı.
Birləşmiş Millətlər Təşkilatında Birləşmiş Ştatların nümayəndəsi Henri Kebot Loc fövqəladə sessiyada "Zlatoust" qurğusunu nümayiş etdirdi. Daha sonra məlum gerb və mikrofon Təhlükəsizlik Şurasının iclasında da göstərildi. Sovet diplomatlarının hazırladığı Hindistan nümayəndəsi isə amerikalılardan zarafatla xahiş etdi ki, həmin mikrofondan onun üçün də düzəltsinlər...
Loc çaşıb qaldı. Axı necə etiraf edəydi ki, elmi nailiyyətlərdə Birləşmiş Ştatlardan xeyli geri qaldıqlarını iddia etdiyi Sovet mütəxəssislərinin bu əməlindən kimsə baş çıxara bilmir?
Həmin vaxtdan etibarən Amerika təhlükəsizlik qüvvələri üçün biabırçılıq damğasına çevrilmiş mikrofonlu gerb daha heç vaxt ortaya çıxarılmadı...
P.S. "Zlatoust" hal-hazırda Lenqlidə - Mərkəzi Kəşfiyyat İdarəsinin muzeyində saxlanılır və deyilənlərə görə, mütəxəssislər unikal mikrofonun reseptorlarını həftədə bir dəfə yoxlayırlar ki, sakit yaşaya bilsinlər...
İlqar Əlfioğlu