BMT-nin Təbriz bazarı ilə “bazarlıq” cəhdi - ŞƏRH
0
0
Tehran hakimiyyəti Güney Azərbaycanla bağlı əlamətdar günləri də özünə sərfəli olanda qeyd edir. Az qala iki il öncə dünyanın ən qədim, bişmiş kərpicdən tikilmiş bazarı – Təbriz bazarı YUNESKO tərəfindən dünyanın mədəni irsi siyahısına daxil olunub.
İran xəbər agentliklərinin məlumatına əsasən, YUNESKO-nun Tehrandakı bürosunun nümayəndəsi bununla bağlı sənədi İran prezidenti Mahmud Əhmədinejada təqdim edib.
Qeyd edək ki, Urmiya gölü YUNESKO tərəfindən 1967-ci ildə qoruq elan olunub. Amma Tehran hakimiyyəti kimi BMT-nin bu qurumu da vədinə əməl etmir…
44 ildən sonra BMT-nin bu qurumunun Azərbaycanla bağlı qərarı sevindirici sayılsa da ancaq Təbrizi bazarının da Urmiya gölünün taleyini yaşayacağı qorxusu qalmaqdadır. Çünki YUNESKO da Tehran hakimiyyəti kimi, indiyəcən Urmiya gölünün quruması ilə bağlı dünya azərbaycanlılarının çeşidli müraciətlərinə məhəl qoymayıb. Bu baxımdan, Allah eləməsin, birdən Tehran hakimiyyəti, yaxud ona oxşarlar bu bazarı söküb yerində nəsə bir mərkəz tikmək istəsə, o zaman bu abidənin YUNESKO tərəfindən qorunacağı ehtimalı çox azdır. Amma təəssüf ki, Urmiya gölü dünyanın gözü önündə quruyur. Nə Tehran hakimiyyəti, nə YUNESKO boynuna düşəni yerinə yetirmir.
Bəs, onda BMT təmsilçisi Təbriz bazarı ilə bağlı sənədi niyə indi M.Əhmədinejada təqdim edir? Ehtimal etmək olar ki, sənədin verilməsi İran hakimiyyəti ilə qurum arasında münasibətlərin mülayimləşməsinə xidmət edir. Xatırladaq ki, bu ilin iyununda BMT-nin İnsan Haqları üzrə Şurası Maldivin keçmiş xarici işlər naziri Əhməd Şahidini İranda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi məruzəçisi təyin edib. 10 ilə yaxındır ki, bu vəzifə boş qalmışdı. Şura İranda müxalifətin təqib edilməsi və ölüm hökmlərinin çoxluğundan rahatsızlığını da bildirib. Bu günlərdə isə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib ki, rəsmi Tehran BMT-nin insan haqları üzrə özəl məruzəçisini ölkəyə buraxmayacaq. Onun sözlərinə görə, məruzəçinin təyini «siyasi və qanunsuz addımdır».
Ona görə də YUNESKO-nun Təbriz bazarı ilə bağlı qərarını da BMT ilə İran rəhbərliyi arasında özünəməxsus «bazarlıq»da saymaq olar. Bu ehtimal doğru olsa, təəssüflənmək lazımdır. Çünki İslam Respublikası üçün Təbriz bazarının mövcud olması, yaxud dağılması, dünyanın mədəni irsi siyahısına düşüb-düşməməsi önəmli deyil. Axı, həmin abidə Güney Azərbaycan ərazisindədir. Urmiya gölünün qurumasına heç bir yardım etməyən rejimi öz iddialarından Azərbaycandakı bir tarixi abidə ilə çəkindirmək heç ağlabatan görünmür…
İndi də Təbriz bazarı haqda bəzi məlumatları diqqətinizə çatdırırıq.
Bu, BMT-nin tarixində ilk hadisədir
Bazar həmişə ölkədə baş verən hadisələrə təsir etmək gücündə olub. Məşrutə hərəkatında, Ş.M.Xiyabani üsyanında, 1945-46-cı illərdə Azərbaycan Milli Hökumətinin zamanında, 1978-ci ildə, 1979-cu il fevral inqilabından öncə baş vermiş Məhəmmədrza şaha qarşı Təbriz üsyanında, 1979-cu ilin fevral inqilabında Təbriz bazarı ictimai fikrin yayılmasında əvəzsiz rol oynayıb.
Ayətullah Xomeyni hakimiyyətə gəldikdən sonra komandası bazarın aparıcı rolun azaltmaq üçün müxtəlif tədbirlərə əl atdılar, vergiləri artırdılar, alternativ ticarət şəbəkələri yaratdılar. Bu siyasət indi də davam etməkdədir.
Aparılan bu siyasət ucbatından son 30 ildə bazarın, özəlliklə Təbriz bazarının olaylara təsir imkanın get-gedə azalması müşahidə olunur. Ancaq bütün bunlara baxmayaraq, onun təsiredici gücünü hələ də tam tükədə bilməyiblər...
Doğrusu, məqsədimiz heç də Təbriz bazarının ölkədəki siyasi-iqtisadi və milli-mədəni proseslərə təsir imkanını araşdırmaq deyil.
«news.turizm»-də yer almış bir xəbəri diqqətinizə çatdırmaq üçün belə bir giriş etməli olduq
Məlumata əsasən bu tarixi bazar kompleksi YUNESKO-nun Braziliyada keçirilən 34-cü yığıncağında dünyanın tarixi irsi siyahısına salınıb. Onu da qeyd etmək lazımdır ki, BMT –nin tarixində bazar tarixi irs siyahısına daxil edilir.
Bazarın tarixindən
Şövkət Tağızadə, Əkrəm Rəhimli və Səməd Bayramzadənin həmmüəllifliyi ilə işıq üzü görmüş «Güney Azərbaycan» kitabında Təbriz bazarı haqda belə məlumat verilib: «Yaxın və Orta Şərqin ən qədim, memarlıq baxımından cazibədar bazarlarındandır. Bu bazarın inşası barədə tarixi qaynaqlarda məlumat yoxdur. Ehtimallara görə, Təbriz bazarı eramızın 4-cü əsrində tikilib».
Rusiya mənbələri isə bildirib ki, bazar haqda ilk dəfə 13-cü əsrdə məlumat verilib.
Qədim «İpək yolu»nun üstündəki bu bazarda dünyanın çeşidli ölkələrindən olan tacirlərə rast gəlinirmiş.
Qacar sülaləsi hakimiyyət gəldikdən sonra 1848-ci ilədək Azərbaycan əyalətində (o vaxt Güney Azərbaycan bölgələrə parçalanmamışdı və bir ad altında tanınırdı) dövlət xidmətində olmuş Mirzə Tağıxan tərəfindən əsaslı şəkildə bərpa edilmiş və genişləndirilmişdi. Bundan sonra da bazar Asiya və Avropa tacirlərinin sövdələşmə yerlərindən biri oldu. Böyük bazarın daxilində bir neçə bazar yerləşir: Əmirbazar, Başmaqçılar bazarı, Rastabazar, Köhnə Rastabazar, Hacı Məhəmməd Hüseyn bazarı, Müşür bazarı, Səfi bazarı və s.
Təbrizlilər deyir ki, Təbriz bazarını görməyən, deməli heç Təbrizi də görməyib.
Mütəxəssislər min ildən artıq tarixi olan bu alış-veriş mərkəzinin arxitekturasının İslamdan əvvəl və islam çağı Azərbaycan memarlığının özəlliklərini yığcam şəkildə özündə əks etdirdiyini söyləyirlər.
Relyef və coğrafi cəhətdən şəhərin mərkəzində yerləşən bu nəhəng tarixi bazar həm də altı xiyabanın əhatəsindədir.
Təbriz bazarı 15 kv.metr ərazini əhatə edir. İrili-xırdalı bazarda 5 min dükan və ticarət mərkəzi var. Bazardakı dalan, karvansara, rasta (bir neçə kiçik bazarın qovşağı) və s. yerləşdiyi ərazinin uzunluğu isə 5 km bərabərdir.
Bazarda 19 timçə (eyni məhsulu və malı satan kiçik dükan), 8 dalan, 22 rastabazar, 22 karvansara və s. yerləşir.
Hazırda bazar alış-veriş mərkəzi olmaqla yanaşı, hakimiyyət orada çeşidli dini-ideoloji tədbirlər keçirir.
İki il öncə Şərqi Azərbaycan əyalətinin turizm, əl işləri sənayesi və mədəni irsin qorunması təşkilatının sədri Turab Məhəmmədi jurnalistlərə açıqlamasında tarixi Təbriz bazarı haqda sənədli film çəkiləcəyini bildirmişdi.
Bazarın indiki durumu
Özündə uzun illərin tarixini yaşadan bu bazar da Güney Azərbaycanın başqa tarixi abidələri kimi hakimiyyət ona da laqeyd münasibət bəsləməkdədir.
Təxminən iki il öncə Təbriz bazarında yanğın baş verib. Yanğın bazarın "İki qapı" adlı zinət əşyaları və dəri məmulatları satılan bölməsində başlayıb. Yanğın güclü olduğundan yanğınsöndürənlər yanğını söndürməkdə çətinlik çəkib, 100-dən artıq mağazaya ziyan dəyib. Mağaza sahibləri öz mallarını mağazalardan çıxarmağa cəhd göstərsələr də, dükanlar da, mallar da yanaraq külə dönüb. Yanğını üç saatdan sonra söndürmək mümkün olub.
Bir müddət əvvəl isə yerli hakimiyyət «Bağmeşə» qapısı və «Samavarçılar» bazarının dağıdılması haqda göstəriş vermişdi. Tarixi-mədəni irsi qoruyan ayrı-ayrı şəxslər və qurumlar Təbriz bələdiyyəsindən həmin yerlərin təmiri üçün icazə istəyəndə, yerli məmurlar oranın «dəyərsiz»liyi və «bazarı dağıtmaqda davam edəcəkləri» cavabını veriblər.
Sədrəddin Soltan