İstanbulda “Misir çarşısı”
Bura həm insanların bir-biri ilə münasibət qurması, həm də iqtisadi münasibətlərin genişlənməsi üçün ən münasib məkan olub. Bir çox tarixi bazarlar bu gün də öz əhəmiyyətini qoruyub saxlamaqdadır.
Belə bazarlardan biri də İstanbulun məşhur məkanlarından olan “Misir Bazarı”dır (Mısır çarşısı). Lent.az-ın xəbərinə görə, İstanbulun ən qədim qapalı ticarət mərkəzlərindən olan “Misir Bazarı” sahildən bir az aralıda - Yeni Caminin (Eminönü Camisi 1597-1663) yanında tikilib. Bazarın tikintisinə Osmanlı padşahı 3-cü Mehmedin anası Safiyə Sultanın göstərişi ilə başlansa da, inşaat işləri 1664-cü ildə 4-cü Mehmedin anası Xədicə Turhanın göstərişi ilə memar Mustafa ağa tərəfindən tamamlanıb. İlkin adı Validə bazarı olan məkan sonradan “Misir Bazarı” adlandırılır. Buna səbəb isə bazarın Misirdə toplanan vergi hesabına tikilməsidir. Dənizə və vacib quru yollarına yaxın olmasına görə, bazar tezliklə avropalı tacirlərin də diqqətini cəlb etdi.
“L” şəklində tikilən bazarda əvvəllər çölə baxan dükanlar olmayıb. Sonradan bazar qismən dəyişdirilsə də, bazara daxil olan şəxs özünü müasir dünyada deyil, qədim dövrdə hiss edir. Sonuncu dəfə 1943-cü ildə təmir edilmiş bazar bu gün də turistlərin diqqətini çəkir. Bazarda indi də təbii otlar, ədviyyat və kənd təsərrüfatı malları satılmaqdadır.
Maraqlıdır ki Avropa dillərinə bu yerin adı “ədviyyat bazarı” kimi tərcümə olunurdu. Fransızlar buranı “Marché (bazar) aux Epices”, almanlar “Gewürzbasar”, ingilislər isə “The Spice Bazaar” adlandırırlar. Lakin son vaxtlar tərcümələrdə “Misir bazarı“ variantına daha çox rast gəlinir (Bazar égyptien, Ägyptischer Basar, Egyptian Bazaar).
Vüqar Ələsgərov

951