Qalın topuqlu   qadınlar necə geyinməlidir? 
07 sentyabr 2022 11:17 (UTC +04:00)

Qalın topuqlu qadınlar necə geyinməlidir? 

Qalın topuqlu qadınlar hər zaman geyim seçməkdə çətinlik çəkirlər. Onların əsas xilaskar kombini isə dar cins şalvarla nazik daban ayaqqabılardır. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu kombini seçdiyiniz hər hansı kofta, zinət əşyaları və çanta ilə tamamlaya bilərsiniz. 

Əgər topuqlarınızın qalınlığından şikayət edirsinizsə, kobud ayaqqabılardan mütləq uzaq durmalısınız. Həcmli, çox naxışlı çəkmələr ayaqlarınızı olduğundan daha geniş göstərir. 

Qalın biləkli xanımların qaçmalı olduğu ayaqqabı modelləri arasında topuqlu ayaqqabıları da misal göstərmək olar. Biləyi saracaq hər cür detallardan uzaq durmaqda fayda var. 

Hazırda mövsümü olmasa da, kiçik topuqlu çəkmələr, yarım botlar, ucu sivri ayaqqabılar qalın biləkli xanımlar üçün ideal sayılır. 

Əgər dabanlı ayaqqabı əvəzinə babet geyinməyə üstünlük verirsinizsə, yanları açıq modelləri seçməyiniz məsləhətdir. Beləcə, biləkdəki artıq çəki bərabər formada paylanmış olacaq. 

Biləklərinizi daha incə göstərmək üçün ayaqqabınızın altının düz olmasına əmin olun. Bunlarla yanaşı, topuqları qalın olan qadınlar uzun ətəklər və donlara üstünlük verməlidirlər. 


 

# 1860
avatar

Sevinc Fərid

Oxşar yazılar

2023-cü ilin əsas rəngi AÇIQLANDI  - Geyimlərdə bunu istifadə edin

2023-cü ilin əsas rəngi AÇIQLANDI - Geyimlərdə bunu istifadə edin

26 noyabr 2022 , 18:21
Dünyanın ən dəbli qadını  AÇIQLANDI

Dünyanın ən dəbli qadını AÇIQLANDI

25 noyabr 2022 , 17:20
Qışın ən dəbli 7 PALTO MODELİ

Qışın ən dəbli 7 PALTO MODELİ

22 noyabr 2022 , 10:38
İki "vedrədən" ibarət çanta 10,5 min dollara SATILIR  - FOTO

İki "vedrədən" ibarət çanta 10,5 min dollara SATILIR - FOTO

21 noyabr 2022 , 17:34
Qışda nələr dəbdə olacaq? AÇIQLANDI

Qışda nələr dəbdə olacaq? AÇIQLANDI

19 noyabr 2022 , 10:57
Qışda da  günəş eynəkləri  taxmaq lazımdır: Trend modellər - FOTO

Qışda da günəş eynəkləri taxmaq lazımdır: Trend modellər - FOTO

18 noyabr 2022 , 14:30
Dodaqlarınızı daha gözəl və cazibədar göstərməyin YOLLARI 

Dodaqlarınızı daha gözəl və cazibədar göstərməyin YOLLARI 

15 noyabr 2022 , 09:26
Bu il dəbdən düşəcək  GEYİMLƏR

Bu il dəbdən düşəcək GEYİMLƏR

12 noyabr 2022 , 16:37