Konsertində  boşanmasından   DANIŞDI
11 sentyabr 2023 19:14 (UTC +04:00)

Konsertində boşanmasından DANIŞDI

Müğənni Co Conas Los-Ancelesdəki “Jonas Brothers” qrupunun konserti zamanı aktrisa Sofi Törnerdən boşanmasından danışıb. 

“Çılğın bir həftə oldu. Amma demək istəyirəm ki, əgər bu dodaqlardan olmayan bir şey eşidirsənsə, inanma, tamammı? 34 yaşlı ifaçı "Taxt oyunları"nın ulduzundan boşanması ilə bağlı yayılan söz-söhbətlərə eyham vurub.

Conas həmçinin pərəstişkarlarına sevgi və dəstəyə görə təşəkkür edib.

Daha sonra Conas bir vaxtlar həyat yoldaşına həsr etdiyi “Hesitate” mahnısını ifa edib.

Sentyabrın 3-də Törner və Conasın boşandığı məlum olub. Bir neçə gün sonra cütlüyə yaxın bir insayder deyib ki, Co Conas "daimi partiyaları" səbəbindən Sofi Törnerdən boşanmaq üçün müraciət edib. Sonra mətbuatda Törnerin doğuşdan sonrakı depressiyadan əziyyət çəkdiyi və ərinin onu çölə çıxmağa məcbur etdiyi barədə şayiələr yayılıb.

Bundan az sonra Co Conas qızları ilə Los-Ancelesdə gəzərkən paparassilərə tuş gəlib. Yanında Conas və Törnerin cütlüyün adını açıqlamadığı kiçik qızının əlindən tutan dayə də olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3627
avatar

Oxşar yazılar