taxi
19:57 14 dekabr 2020

Bəy bakirə olmayan gəlinə toyda ağ paltar geyinməyi qadağan etdi

Adı açıqlanmayan 32 yaşlı bəy 23 yaşlı gəlinə toy üçün ağ paltar geyməsinə icazə verməyib və qadağanın səbəbi ilə istifadəçiləri təəccübləndirib.

Lent.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, mərasim qəhrəmanı deyib ki, dini bir ailədə anadan olduğundan müəyyən ənənələr var: bir qadın bakirə olmadığı üçün evlənərsə, toy şənliyində rəngli bir paltarda görünməlidir. Gəlininin onunla görüşmədən əvvəl artıq münasibətdə olması səbəbindən kişi ona ağ paltar geyinməyi qadağan etdi.

“Gəlin ondan rəngli bir paltar geyməsini xahiş etdiyim zaman əsəbiləşdi, lakin sonradan razılaşdı və parlaq mavi rəng seçdi”, - bəy fikirlərini belə izah edbi. Bununla birlikdə, qadının sevgilisinin istəyindən incidiyi üçün qısa müddətdə toyu ləğv etdiyini də əlavə edib.

Bəy, sosial şəbəkə istifadəçilərindən hansı səhvi etdiyini izah etmələrini istəyib.

"Həqiqətən, mənim istəyimin niyə belə bir problemə çevrildiyini anlamıram", - 32 yaşlı bəy vurğulayıb.

Şərhçilər hadisə qəhrəmanının davranışından qəzəbləniblər. “Sevdiyiniz insanın sizi dərhal tərk etmədiyinə inana bilmirəm”, “Bu bir xristian ənənəsi deyil. Qızın məsumluğunu ifadə edən bir rəng yoxdur!”, “20-ci əsrin əvvəllərinə qədər mavi rənglərin ənənəvi “saflıq rəngi” olduğunu bilirsənmi?”, “Əgər onu ictimai yerlərdə alçaltmaq istəyirsənsə, toydan əvvəl onunla ayrılmaq daha yaxşı idi”, - onlar deyiblər.

 

 

# 11757
avatar

Oxşar yazılar