Maradona ilə vida mərasimində 1 milyon insanın iştirakı gözlənilir
26 noyabr 2020 13:45 (UTC +04:00)

Maradona ilə vida mərasimində 1 milyon insanın iştirakı gözlənilir

Əfsanəvi futbolçu Dieqo Maradona ilə vida mərasimi Argentina prezidentinin rəsmi iqamətgahında baş tutacaq.

Apasport.az saytının məlumatına görə, tədbirdə böyük kütlə olacaq.

Mərasimdə təxminən 1 milyon insanın iştirakı gözlənilir və hazırda təşkilati məsələlər nəzərdən keçirilir. Mərasim mərhumun ailəsi ilə artıq razılaşdırılıb. Dieqonun cənazəsi artıq prezident sarayına aparılıb.

Dieqo Maradona noyabrın 25-də evində vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1577

Oxşar yazılar