384
11:55
17 Noyabr 2020

Rusiyada son sutkada koronavirusdan 442 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 22 410 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 971 014 nəfərə çatıb.

Son sutka ərzində 442 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 33 931 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Dİgər xəbərlər